Səhiyyə 87
2007-
ci ildə BMT-nin təşəbbüsü ilə
Dünya Diabet Günü kampaniyasına qo-
şulmuş Heydər Əliyev Fondunun binası
həmin il noyabrın 13-dən 15-dək mavi
rənglə işıqlandırılmışdır.
BMT-nin qətnaməsinə əsasən, bu
təşkilata üzv olan bütün ölkələrdə no-
yabrın 14-ü Dünya Diabet Günü kimi
qeyd edilir. Təşkilatın rəmzi olan mavi
rəng bütün millətlərin başı üstündəki sə-
manı əks etdirir və bu aksiyanın keçiril-
diyi 155 ölkədə şəhərlərin ən möhtəşəm
binaları məhz bu rəngə boyanır. Məqsəd
ictimaiyyətin diqqətini dünya miqyasın-
da sağlamlığa ciddi təhlükə mənbəyi
olan diabetə yönəltmək və onun qarşı-
sının alınması istiqamətində səyləri bir-
ləşdirməkdir.
Layihə çərçivəsində
Azərbaycanda diabet
xəstəliyinə düçar olmuş
14
yaşınadək uşaqlar
müntəzəm olaraq
insulin preparatları və
şpris-qələmlərlə təmin
edilirlər.