98
vermə, xüsusilə, dostlara, çünki dostlardan borcu istəmək ən ağır işdir.
Lakin borcu verdikdə onu artıq özününkü hesab etmə, ürəyində elə tut
ki, o pulu dostuna bağışlayıbsan. Özü qaytarmayınca istəmə ki, bunun
nəticəsində dostluq pozulmasın, çünki dostu düşmən etmək asandır,
düşməni dost etmək isə çox çətindir. Birincisi - uşaqların, ikincisi isə
ağıllı qocaların işidir.
Adamların ən yaxşısı olmaq üçün varından müstəhəqq adamlara
pay ver, başqalarının malında isə gözün olmasın. Etibarlılıqda, ad
qazanmaqda öz malını özününkü bil, özgə malını özgəninki.
MAL-DÖVLƏT TOPLAMAQ QAYDALARI HAQQINDA