97
dərhal sönər. Ölümə səbəb olan həmin yağ qaydasında tökülsə, həyata
səbəb olar. Belə məlum olur ki, ölümə səbəb həmin israfdır. Deməli,
çırağa həyat verən yağdır, lakin həddini aşdıqda israf meydana çıxır,
həyat verən həmin yağ dönüb öldürücü olur. Allah da ona görə israfı
düşmən hesab etmişdir. Alimlərdə heç bir işdə israfı bəyənməyiblər,
çünki israfın nəticəsi həmişə ziyan olur.
Lakin öz həyatını acı eləmə, ruzi qapısını üzünə bağlama, imkan
daxilində özünə yaxşı bax, lazım olan heç bir şeydə səhlənkarlıq etmə.
Öz işində səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və
arzularına çata bilməz. Xülasə, ələ gətirə bildiyin şeyləri xeyirli işlərə
sərf et, var-dövlətini paxıl adama tapşırma, qumarbazlara, əyyaşlara
etibar etmə. Mal-dövlət toplamaqda səhlənkarlıq etmə, rahatlıq
zəhmətdədir, zəhmət isə dincəlməkdə. Bugünün rahatlığı sabahın
zəhməti olduğu kimi, bu günün də zəhməti sabahın istirahəti olar.
Zəhmətli-zəhmətsiz hər nə əlinə gəlirsə, çalış bir dirəmdən iki
dang
65
evinə və ailənə xərclə. Lazım gəlsə, ehtiyacın olsa belə,
bundan artıq xərcləmə. Beləliklə, iki dang xərclədikdən sonra
o biri iki dangı ehtiyat topla və onu yadına salma. Onu
varislərinə və qocalıq günlərin üçün saxla ki, köməyinə
çatsın. Yerdə qalan o biri iki dangı isə bəzək-düzək işlərinə
sərf et. Lakin elə bəzək-düzək şeyləri al ki, onlar xarab və
məhv olmasınlar. Məsələn: daş-qaş, qızıl, gümüş, bürünc,
mis və bunun kimi.
Bundan artıq bir şeyin olsa, torpağa ver, çünki torpağa nə
versən, artıqlaması ilə geri alarsan, mayan da həmişə yerində
qalar, qazancın da bol və halal olar. Hər məcburiyyət və
zəruriyyət ucundan avadanlığını satma və demə ki: “Nə
olsun, bu gün məcburən satıram, başqa vaxt alaram”. Əvəzini
mütləq ümidi ilə hər dəfə çətinlik üz verdikdə, avadanlığı
satsan, ola bilər ala bilməyəsən, əvvəlki də əldən getsin, ev boş
qalsın. Beləliklə, çox çəkməz ki, sən müflislərin müflisi olarsan.
Bir də ki, hər zərurət üzündən borc alıb girov qoyma. Pulu
sələmlə verib sələmlə alma, borc istəməyi ən böyük rəzalət və
həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirhəm belə borc
MAL-DÖVLƏT TOPLAMAQ QAYDALARI HAQQINDA