100
Hekayət. Belə eşitmişəm, bir kişi səhər alaqaranlıqda evdən çıxıb
hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir: “Mənimlə
hamama getmək istəyirsənmi?” Yoldaşı deyir: “Hamamın qapısına
qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə bilmərəm, işim
var”. Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yol ayrıcına
çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir.
Təsadüfən, bir oğru da həmin kişinin dalısınca oğurluq məqsədilə
hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin hələ ala-
qaranlıq olduğundan onu dostu təsəvvür edib, qurşağından dəsmala
bağlanmış yüz dinarı çıxarır, həman oğruya verir və deyir: “Ay qardaş,
bu əmanətdir, al, mən hamamdan çıxandan sonra qaytararsan”.
Oğru qızılı alır, kişi hamamdan çıxana qədər heç yerə getməyib
orada gözləyir. Hava işıqlanır. Kişi paltarını geyib yola düzəlir. Oğru
onu çağırıb deyir: “Ey cavanmərd, qızılını geri al, sonra get, sənin
əmanətin üzündən bu gün mən də işimdən avara oldum”. Kişi deyir:
Bu nədir, əmanət nədir, sən kimsən?” Oğru deyir: “Mən oğruyam,
sən isə hamamdan çıxana qədər bu qızılı mənə tapşıran adam”. Kişi
deyir: “Oğrusansa, bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?”
Oğru deyir: “Əgər öz peşəmlə ələ keçirsəydim, min dinar olsaydı, sənə
yazığım gəlməzdi, bir dinar da sənə qaytarmazdım. Lakin sən bunu
mənə əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib
mənə əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət edəm”.
Bir də, təsadüfən, qərəzsiz olaraq əmanət sənin əlində xarab olsa,
əvəzini ala bilsən yaxşıdır. Əgər şeytan səni yoldan azdırsa, əmanətə
tamah salsan və onu dansan, bu çox pisdir.
Əgər əmanəti sahibinə qaytarsan, o vaxta qədər əmanəti saxlamaq
üçün çox iztirab və zəhmət çəkməli olarsan, bu qədər
əziyyətdən sonra haman şeyi yiyəsinə qaytararsan,
zəhmət sənə qalar, o adam isə heç bir vəchlə özünü
sənə minnətdar hesab etməz. Deyər: “Öz şeyim idi,
vermişdim, geri aldım, sənə qalmayacaq idi ki”.
Doğru deyirəm, çəkdiyin əziyyət üçün “sağ
ol” deyən olmaz, əvəzində isə ləkələnə bilərsən.
ƏMANƏT SAXLAMAQ HAQQINDA