101
Əmanət itsə, heç kəs inanmaz, xəyanət etmədiyin halda, xalq arasında
xain sayılarsan, tay-tuş içərisində hörmətdən düşərsən, artıq heç kəs
sənə etibar etməz. Özündə saxlasan, haramdır, böyük günaha batarsan,
bu dünyada istifadə edə bilməzsən, o dünyada Haqq-Taalanın qəzəbinə
gələrsən.
Haşiyə. Lakin bir adama əmanət verdikdə gizlin vermə, heç kəs
sənin malını ondan ala bilməz. Bir də ki, iki etibarlı şahid olmadan
heç kəsə öz malını etibar etmə, verdiyin əmanət müqabilində qəbz al
ki, məhkəməyə getməkdən azad olasan. İş gedib məhkəməyə çıxsa,
məhkəmədə kobudluq etmə, çünki kobudluq zorakılıq əlamətidir.
Bacardıqca yalandan and içmə və and içməkdə məşhur olma, elə et
ki, əgər bir vaxt and içmək lazım gəlsə, xalq sənə inansın. Nə qədər
dövlətli olursan ol, xeyirxah, düzdanışan olmasan, özünü yoxsul hesab
etməlisən, çünki bədxah və yalançının axırı yoxsulluqdan başqa bir şey
olmaz. Əmanətin qədrini bil. Deyiblər ki, “əmanət kimyadır, həmişə
dövlətli olarsan”.
Düz danışan və etibarlı adam ol, dünyanın bütün dövləti düzdanışan
və etibarlı adamlarındır. Çalış, adam aldadan olma. Ehtiyatlı ol ki, səni
də aldatmasınlar, xüsusilə qul almaqda. Allah köməyin olsun.
ƏMANƏT SAXLAMAQ HAQQINDA