110
Heç bir işdə öz xeyrinə laqeyd olma, çünki laqeydlik axmaqlığa
bərabərdir.
İşin dolaşsa, özünü itirmə, səriştəli ol, işlər öz qaydasına düşənə
qədər səbir et. Tələsməklə heç bir iş düzəlməz.
Almaq məsələsinə gəldikdə, ev almaq istəyirsənsə, elə küçədə al
ki, adamları etibarlı olsun. Şəhər kənarında alma, divar altında olanını
alma, ucuzluq xatirinə dağılmış alma, hər şeydən əvvəl qonşusuna bax.
Deyiblər: “Əvvəl qonşu, sonra ev”.
Müdrik Bozorgmehr demişdir: “Dörd şey böyük bəladır: pis qonşu,
böyük ailə, nacins arvad, ehtiyac”.
Heç vaxt qonşusu ələvi olan ev alma, alimlərin və dövlət
xadimlərinində evini alma. Çalış elə küçədə ev al ki, orada hamıdan
dövlətli sən olasan. Lakin etibarlı qonşu seç. Elə ki ev aldın, qonşuna
hörmət et, onun haqqını tapdalama, belə deyiblər: “qonşunun haqqı
daha böyükdür”.
Küçənin və məhəllənin adamları ilə mehriban dolan, xəstələrinin
kefini soruş, təziyə yerlərinə get, cənazələrini basdırmaqda iştirak et,
ümumiyyətlə, qonşuya bütün işlərində kömək et, şadlıqları ilə şadlan,
öz imkanına görə pay göndər, hədiyyə ver. Beləliklə, sən küçənin ən
hörmətli adamı olarsan.
Küçə və məhəllənizin uşaqlarını xoş dindir, başlarını sığalla,
qocalarının kefini soruş, hörmətlərini saxla. Sən xalqla necə rəftar etsən,
o da səninlə elə rəftar edər. Onu da bil ki, insanın başına nə gəlirsə, öz
əməlindən gəlir. Ona görə edilməyə layiq olmayanı etmə, deyilməyə
layiq olmayanı demə, edilməyə layiq olmayanı edənlər görməyə layiq
olmayan günlər görərlər.
Bacardıqca yurdunu böyük şəhərlərdə sal, elə şəhərdə sal ki, sənin
üçün ən əlverişli olsun. Elə ev al ki, onun divarları başqalarınkından uca
olsun, camaatın gözü sənin evinə düşməsin, lakin sən də qonşularının
evinə baxmaqla onları narahat etmə.
Torpaq alsan, qonşusu və quyusu olmayan torpaq alma! Nə
alsan, bolluq ilində al, şərikli və şübhəli torpaq alma, torpağın
xətərsiz bir dövlət olduğunu bil. Torpaq alanda həmişə onun abad
olmasına çalış, hər gün yeni-yeni tikintilər sal ki, hərəsindən bir
EV VƏ TORPAQ ALMAQ HAQQINDA