109
Ey oğul, əgər ev, kənd, torpaq, ümumiyyətlə, alınıb satıla bilən
hər nə alırsansa, qanuna riayət et. Hər nə alırsan, bolluqda al, hər nə
satırsan qıtlıqda sat, qazanmağa çalış və bundan utanma, çənə döyüb
ucuz almaq qazancın yarısıdır. Hər nə alsan, onun xeyir və ziyanını
bilib almaq lazımdır. Müflis olmaq istəmirsənsə, qazanmamış
xərcləmə. Mayana ziyan vurmaq istəmirsənsə, axırı zərər olan
mənfəətdən qaç. Çox varlı olub, yoxsulluq istəmirsənsə, paxıl və
həris olma. Hər işdə səbirli ol, səbirli olmaq ağıllı olmağa bərabərdir.
EV VƏ TORPAQ ALMAQ
HAQQINDA
EV VƏ TORPAQ ALMAQ HAQQINDA
24