113
Atın yaxşısını və pisini tanımaq adam tanımaqdan çətindir. Adamı
danışdırmaqla tanıyarlar, atın isə nitqi yoxdur, onun nitqi
xarici
görünüşüdür. Atı yoxlamağa başlayanda əvvəl onun görünüşünə
bax. Xasiyyətdə səhv etmək mümkündür, görkəmdə yox. Yaraşıqlı
atların əksərinin xasiyyəti də yaxşı olar. Atın görünüşcə ən yaxşı
xüsusiyyətləri isə, baytarların dediyinə görə, bunlardır: dişləri nazik,
sıx və ağ, alt dodağı nisbətən uzun, burnu dik, enli və uca, alnı geniş,
qulaq boşluqları hamar, qulaqları dik və düz, qulaqların arası açıq,
boynu dik, şax və nazik, aşağı hissəsi, yalı uzun, döşü geniş, əllərinin
və ayaqlarının ortası aralı, quyruğu gur və uzun; xayası qara, gözü və
kirpikləri qara; yol getdikdə ayıq, beli gödək, dalı enli, qabırğalarının
hər iki tərəfi ətli olmalıdır. Beləsi yaxşı at sayılır. Lakin atları
fərqləndirən bir xüsusiyyət də onların rəngidir. Ən yaxşı at xurmayıya
çalan kəhər atdır. Bu, həm gözəl olar, həm isti-soyuğa dözər, həm
də zəhmətkeş olar. Ağ at isə zəif olar, lakin xayası, budlarının arası,
quşqunu, dırnağı, əlayağı, döşü, alnı və quyruğu qara olsa, yaxşıdır.
Kürən at, xüsusilə pul-pul olan tünd qızıl rənglisi, alnı, paçasının
arası, budları, gözü, dodağı - bunların hamısı qara olsa yaxşıdır. Səmənd
at da belə olmalıdır. Kül rəngli atda başqa xal və rəng olmamalıdır.
Qara at gərək tünd olsun və gözündə qırmızılıq olmasın. Çox
zaman qırmızıgöz atlar dəli və eyibli olur. Boz at az hallarda yaxşı olar,
xüsusilə gözü, quşqunu, dırnağı ağ olanı pisdir.
Qara zolaqlı boz at kürəndə dediyim xüsusiyyətə
malik olsa, yaxşıdır. Ala atı bəyənməzlər, yaxşısı da az
çıxar.
Atların müsbət tərəflərini bildin, eyiblərini də bil.
Atlarda bir sıra eyiblər var ki, onların bəzilərinin həm
işə ziyanı var, həm görünüşcə, həm təbiətcə çirkin
olar. Bəziləri də var ki, belə deyil, lakin nəsdir,
sahibini öldürəndir.
Elə xəstəliklər və eyiblər var ki, onları aradan
qaldırmaq olar, elələri də var ki, - yox. Hər eybin və
xəstəliyin özünə görə adı var və bu ada görə onu bilmək
olar. Deyirəm biləsən: biri lallıqdır. Lal at tez-tez yolu
AT ALMAQ HAQQINDA