114
azar, madyan gördükdə təxərrüşə gəlsə də, şeyhə çəkib kişnəyə bilməz.
Digəri əşalıq, yəni gecə korluğudur. Belə at gecələr başqa atların hürkdüyü
şeylərdən hürkməz, haraya sürsən, ora ya gedər, heç şeydən çəkinməz. O
biri eyib karlıqdır. Karlığın əlaməti odur ki, atların kişnəməsini eşitdikdə
şeyhə ilə cavab verməz. Həmişə qulaqlarını sallayar.
Solaxaylıq. Solaxay at da yaxşı deyil, çox büdrəyər. Əlaməti odur ki,
dəhlizə girdikdə, əvvəlcə sol ayağını içəri qoyar.
Əməş at, yəni gündüz kor olan at pis olar. Əlaməti budur ki, gözünün
hədəqəsi yaşıla çalan qara rəngli olar, həmişə gözünü açıq saxlayar,
kirpiyini qırpmaz. Bu eyib bir gözündə və hər iki gözündə ola bilər.
Çəpgözlük. Çəpgöz at zahirən şikəst görünsə də, ərəb və əcəmlərin
fikrinə görə uğurlu hesab edilər. Eşitmişəm ki, Düldül
74
də çəp imiş.
Ərcəl və əcim at, yəni ağayaq uğurlu olmaz. Ağlıq sol ayağında
(
istər qabaq, istər dal) olsa, daha uğursuz olar. Göygöz at. Hər iki gözü
göy olsa, xüsusilə, çəp olsa, pisdir. Müğrəb at, yəni ağgöz pisdir. Buğe
at pisdir. Əqvəd, yəni düzboyun at da pisdir, belə at yaxşı ola bilməz.
Hur atın da hər iki ayağı əyri olduğundan pis sayılır, farslar ona Kaman
ayaq deyərlər. Tez-tez yıxılar, yəhərinin altı tüklü olan at da uğursuz
olar, qoltuğunun altı, paçalarının arası və hər iki ayağı tüklü olan at
daha uğursuz olar. Dırnağının iç tərəfində pırpız tük olan fərsun atı da
yaxşı sayılmaz. Lakin dırnağının üst tərəfində olsa, eybi yoxdur. Əsdəf,
yəni dırnağı çevrilmiş at da pis olar, ona əxnəf də deyərlər.
Ön və ya arxa ayaqları uzun olan at eniş-yoxuşda aciz qalar. Bu da
pisdir, belə ata fəzəq deyildir.
Əzəl, yəni əyriquyruq adlanan at da pisdir, ona kəşəf də deyilir, çünki
əsbabı həmişə aydın görünər. İtquyruq at da pis olar. Əfxəc adlanan at
da pisdir, çünki ayağını öz yerinə qoya bilməz. Əsbət at da yaxşı olmaz.
Həmişə axsayar, çünki oynaqları arasında şiş olar.
Ərun atı da pis olar, çünki belələrinin qabaq ayağının
oynağında sümük olar, dal ayağında da olsa, pisdir.
Ona əqrən deyərlər. Minməyə qoymayan, təpik atan,
cilov dartan, çox kişnəyən, tez-tez yel buraxan, uzun-
uzadı pişaba çıxan, tez-tez təxərrüşə gəlib şeyhə çəkilən,
şahə qalxan atlar da pis olar. Göygöz at gecəkoru olar.
AT ALMAQ HAQQINDA