115
Hekayət. Bir hekayət eşitmişəm, Əhmədi Feriqunun
75
çobanı Novruz
günü onun yanına gəlib deyir: “Novruz hədiyyəsi gətirə bilməmişəm,
lakin ondan daha yaxşı şad xəbər gətirmişəm”. Əhməd əmr edir, desin.
Çoban deyir: “Dünən sizin atlar min dənə göygöz dayça doğmuşdur”.
Əhməd deyir: “Bu çobana yüz çubuq vurun, min gecəkoru atın
doğulması şad xəbər deyil”.
Dediklərimi bildin, indi də deyim, at xəstəliklərinin adını bil: çox
tərləmək, ağız suyunun axması, topuq şişi, manqa, dırnaqçatlaması,
məxmərək, hürkəklik, döyənək, diz sümüyünün kirəcləşməsi, qoturluq,
dırnağın sürtülməsi, dırnaqaltı iltihabı, qarın şişi, cüzam, xərçəng,
alalıq, dəbəlik, ayağın keyişməsi, boğaz iltihabı, inaq, qapma, sidiyin
dayanmaması, təngnəfəslik, arıqlıq, yəhəryarası, dizin bükülməsi.
Bu xəstəliklərin yalnız ümumi şəkildə adını çəkirəm, şərh etsəm,
uzun olar. Bu dediklərimin hamısı eyibdir. Lakin ən böyük eyib
qocalıqdır. Elə eyib var ki, ona göz yummaq olar, lakin qocalığa yox.
At alanda ucasını al, beş dangdan aşağı olmasın; adam özü gözəl,
qaməti uzun olsa da, alçaq atda balaca görünər.
Bil, atların sağ tərəfindəki qabırğaları çox halda sol tərəfdəkilərdən
bir dənə artıq olar. Say, əgər bərabər olsa, qiymətindən bir az da baha
al. Az at tapılar ki, ona çata bilsin.
Heyvan, torpaq, mülk, hər nə alsan, eləsini al ki, sağlığında özün
xeyrini görə biləsən, səndən sonra isə arvad-uşaq və varislərin. Axır bir
gün gələcək, sənin də arvad-uşağın olacaq.
AT ALMAQ HAQQINDA