117
evdar, ərini sevən, həyalı, təmizkar, başıaşağı, üzüyola, əlidüz,
malyığan olmalıdır, beləsi gözəl də olar. Deyiblər: “Gözəl arvad həyatın
bəzəyi olanıdır”.
Arvad mehriban, ürəyəyatan, gözəl olsa da, o saat özünü arvadın
ixtiyarına verib onun əmrlərinə tabe olma.
İsgəndərdən soruşdular: “Nə üçün Daranın
76
qızını arvadlığa
götürmürsən, o ki çox gözəldir?” Dedi: “Biz bütün dünyaya əmr
verdiyimiz halda, arvadın bizə hökm etməsi çirkinlik olar”.
Özündən daha adlı-sanlı arvad alma. Bakirə qız var ikən, ər
görmüşə meyl salma, qoy onun qəlbində sənin məhəbbətindən başqa
heç kəs olmasın, elə təsəvvür etsin ki, bütün kişilər eyni cür olar, başqa
kişilərə meyli düşməsin.
Mehriban olmayan, ev dolandırmağı bacarmayan arvaddan qaç.
Deyiblər: “Ər axar çaydır, arvad isə bənd”. Lakin arvad sənin malına
sahib olsa və sənə aid olan malı sən istədiyin kimi istifadə etməyə
qoymasa, onda arvad sən olarsan, o yox.
Arvadı yaxşı ailədən almaq lazımdır, kimin qızı olduğunu bilmək
lazımdır. Arvadı ev dolandırmaq üçün alarlar, şəhvət söndürmək üçün
yox. Şəhvəti bazardan pulla alınmış cariyə ilə də aram etmək olar, bu
qədər xərc töküb, əziyyət çəkməyə ehtiyac qalmaz.
Arvad gərək tam həddi-buluğa çatmış, ağla-kamala dolmuş olsun.
Atasının və anasının necə ev saxladığını, necə ev dolandırdığını
görmüş olsun. Beləsini tapsan, ehmallıq etmə, tez elçi göndər. Bir
də çalış qısqanma, qısqanacaqsansa, heç evlənmə, çünki sənin
qısqanclığın çox zaman zorla onu əyri yola getməyə məcbur edər.
Bil, qısqanclıq və qeyrət üzündən bir çox qadınlar ərlərini öldürər,
ya özlərini daha ləyaqətsiz adamlara təslim edərlər. Bundan
çəkinməzlər.
Lakin arvaddan şübhələnib onu qısqanmasan, pulunu ondan
gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu yaxşı
dolandırsan, o sənə atandan və uşaqlarından daha mehriban olar. Sən
özünə ondan daha yaxın, daha səmimi bir dost tapa bilməzsən. Lakin
şübhələnib qısqansan, o sənə min düşməndən daha qorxulu düşmən
olar. Yad düşməndən qorunmaq olar, lakin arvaddan yox.
EVLƏNMƏK HAQQINDA