118
Bakirə qız alsan, nə qədər şəhvətli olsan da, hər gecə ona yaxınlıq
etmə, o səndən inciməz, elə güman edər ki, adət belədir. Əgər bir gün
üzrlü səbəbdən yaxınlıq edə bilməsən və ya səfərə getsən, arvadın
buna dözüb səbr edə bilər. Hər gecə yaxınlıq edib öyrəşdirsən, sən
olmadıqda yenə ürəyi istər və çətin səbr edə bilər.
Kişilər çirkin, qoca olsalar da, arvadlarını görməyə onlara imkan
yaratma. Heç bir cavan xidmətçini, zənci və ya sadə olsa belə, arvadların
olduğu evə buraxma. Kardan düşmüş qoca zənciləri buraxmaq olar.
Qeyrət şərtlərini yerinə yetir. Qeyrətsiz kişini adam hesab etmə.
Kişinin qeyrəti olmasa, məsləki də olmaz.
Arvadını mən dediyim kimi saxlaya bilsən və Allah-Taala sənə
övlad versə, onların da tərbiyəsinin hayına qal.
EVLƏNMƏK HAQQINDA