120
Hekayət. Mən on yaşına çatanda, bizim bir hacib var idi, ona
Bamənzar hacib deyərdilər, yaxşı at çapmaq bilərdi. Reyhan adlı bir
zənci var idi, o da yaxşı bilərdi. Atam rəhmətlik onların hər ikisinə
tapşırdı ki, at çapmaq, nizə oynatmaq, zubin
77
tullamaq, çövkan,
tab-tab
78
oynamaq, kəmənd atmaq, ümumiyyətlə qəhrəmanlıq və
igidliyə aid nə varsa, hamısını mənə öyrətsinlər. Sonra Bamənzər
hacib və Reyhan xədim atamın yanına gəlib dedilər: “Ağanın oğlu biz
nə bilirdiksə, hamısını öyrənmişdir. Ağa buyursun, sabah ovlaqda
öyrəndiklərini nümayiş etdirsin”. Əmir dedi: “Yaxşı”.
Sabahısı getdim, nə öyrənmişdimsə, hamısını atama göstərdim.
Əmir onlara xələt verilməsini əmr etdi, sonra dedi: “Mənim bu oğlum
hər nə öyrətmişsinizsə, hamısını yaxşı mənimsəyibdir. Lakin ən lazımlı
bir sənəti öyrənməmişdir”. Dedilər: “O hansı sənətdir? “Əmir dedi:
Onun bildiyi bütün sənət və məharətlər elə şeylərdir ki, ehtiyac
olduqda, özü edə bilməsə, bunu onun əvəzinə başqaları edə bilər, lakin
o sənət ki, özünə lazımdır və oğlumun əvəzinə onu başqası edə bilməz,
öyrətməmişsiniz”. Onlar soruşdular: “O hansı sənətdir?” Əmr dedi:
Üzmək! Özündən başqa heç kəs bunu onun üçün edə bilməz”.
Absükundan
79
iki mahir üzgüçü çağırdılar. Məni onlara verdilərki,
üzmək öyrətsinlər. Könlüm yox idi, zorla getdim, lakin yaxşı öyrəndim.
Təsadüfən, Həccə getdiyim il Mosul
80
darvazası yaxınlığında
qarşımızı kəsdilər, karvanı çapdılar, ərəblər çox olduğundan gücümüz
çatmadı, nəhayət, Mosula çılpaq gəlməli oldum. Bilmirdim nə edim,
Dəclədə gəmiyə minib Bağdada getdim. Orada yaxşı bir iş
düşdü, Allahım kömək elədi, axır gedib Həccə çıxdım. Bunu
deməkdə məqsədim budur ki, Dəclədə Əkbəraya
81
çatmazdan
əvvəl qorxulu bir yer, dərin bir girdab var, oradan keçmək
üçün mahir dənizçi olmaq lazımdır. Oradan necə keçməyi
bilməyən gəminin batmasına səbəb olar. Biz gəmidə bir
neçə nəfər idik, oraya çatdıq, gəmi sürən naşı idi, oradan
keçməyi bilmirdi. Səhvən gəmini xətərli yerə sürdü, gəmi
batmağa başladı. İyirmi beş nəfərə yaxın idik. Mən, bəsrəli
qoca bir kişi və mənim qoçaq qulamlarımdan Kavi adlı
birisi üzüb çıxdıq. Qalanları həlak oldular.
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONUN QAYDALARI HAQQINDA