121
Bundan sonra mənim atama olan məhəbbətim bir az da artdı, onun
üçün verdiyim sədəqə və ehsanların miqdarını çoxaltdım. Bildim ki, o
ağıllı qoca belə bir günü əvvəlcədən görürmüş, ona görə mənə üzməyi
öyrədib, mən isə anlamamışam.
Deməli, elm və sənətdən hər nə öyrənmək lazımsa, hamısını övladına
öyrət, beləliklə, sən atalıq borcunu və atalara xas olan mehribanlıq
vəzifəsini yerinə yetirmiş olarsan. Axı dünyanın hadisələrindən arxayın
olmaq, adamların başına nələr gələcəyini bilmək mümkün deyil. Hər
elm və sənət bir gün işə yarayar. Deməli, elm alıb sənət öyrənməkdə
tənbəllik etmək olmaz. Təlim vaxtı müəllimlər onu döysələr, müdafiə
etmə, qoy vursunlar, çünki uşaq elm və ədəbi çubuq gücünə öyrənər,
öz xoşuna öyrənməz. Əgər tərbiyəsizlik etsə, sən bundan qəzəblənsən,
özün döymə, müəllimləri ilə qorxut, ürəyində kin bəsləməmək üçün
əmr et, onlar tənbeh versinlər. Lakin oğlunla inzibatlı ol, elə et ki, səni
aciz hesab etməsin, həmişə ürəyində səndən qorxsun.
Dirəm, qızıl, hər nə arzu edirsə, imkan daxilində ondan əsirgəmə,
qoyma ki, o pul xatirinə sənin ölümünü istəsin, miras üçün bədnam
olsun. Elm alıb sənət öyrənmək övladın haqqıdır. Övlad pis də olsa,
sən ona baxma, elm və sənət öyrətməkdə səhlənkarlıq göstərmə.
Heç bir dərrakəsi olmasa, sən öyrətsən də, öyrətməsən də, həyat onu
öyrədəcək. Deyiblər ki, “Ata-anası tərbiyə etməyəni gecə və gündüz
tərbiyə edər”. Həmin fikri babam Şəmsülməali başqa ibarə ilə belə
demişdir: “Ata və anası tərbiyə etməyən adama gecə və gündüz tərbiyə
verər”.
Lakin atalıq şərtini yerinə yetir, qoy taleyi necədirsə, elədə yaşasın.
İnsan heçdən yarandıqda xasiyyət və təbiəti də onunla birlikdə yaranır,
yalnız təcrübəsizlik, acizlik və zəiflik üzündən onu büruzə verə bilmir.
Böyüdükcə onun bədəni və ruhu da qüvvətlənər, yaxşı və pis əməlləri
görünməyə başlar. Özü kamala çatdıqda, adəti də kamala yetişər,
yaxşı və pis tərəfləri tam şəkildə meydana çıxar. Lakin sən elm və
sənəti özünə miras edib övladlarına qoy get ki, onun haqqını yerinə
yetirmiş olasan, çünki övlad üçün tərbiyədən yaxşı miras yoxdur.
Sadə adamların övladları üçün yaxşı miras peşədir. Peşə başqa şeydir,
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONUN QAYDALARI HAQQINDA