124
utanıram, buna görə də istəmirəm”. Əli oğlu Həsən (Allah ondan razı
olsun) keçdikdə onun kim olduğunu bildikdən sonra deyir: “Mənə
layiqdir, lakin arvadları çoxdur, istəmirəm”. Əli oğlu Hüseyn (Allah
ondan razı olsun) keçərkən kim olduğunu bildikdən sonra deyir: “Bu
mənim malımdır, mənim ərim o ola bilər. Bakirə qızın əri bakir oğlan
olmalıdır, mən ərə getməmişəm, o da arvad almayıb”.
Ancaq gözəl kürəkən seç, qızını kifir adama vermə. Qız çirkin ərə
könül verməz, sən də rüsvay olarsan, əri də. Adaxlı gülərüz, əlidüz,
təmizdin, təsərrüfatdan başı çıxan olmalıdır. Bilməlisən ki, o, qızının
xərcini haradan və hansı yolla ələ gətirir. Lakin kürəkən həm dövlətdə,
həm şöhrətdə səndən aşağı olmalıdır ki, o səninlə fəxr etsin, sən onunla
yox, belə olduqda qızın da rahat yaşayar.
Demək istədiyim bunlardır, bundan artıq bir şey tələb etmə. Qız
satan olma, onda kürəkən də mürüvvətli olub öz insanlığını yerinə
yetirər. Nəyin var, hamısını ver, qızını onun boğazına keçir və özünü
bu böyük möhnətdən xilas et. Dostlarına da bunu məsləhət gör.
Yaxşısını Allah bilir.
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONUN QAYDALARI HAQQINDA