123
Elə ki gördün təsərrüfatdan başı çıxmır və xoş güzəran keçirməyi
bacarmır, xalqın, müsəlmanın qızını bəlaya salma, hər ikisini bədbəxt
etmə. Qoy böyüyünə qədər öz bildiyi kimi yaşasın. Hər halda sən
öləndən sonra alnına nə yazılıbsa, o da olacaq.
Haşiyə. Övladın qız olsa, onu həyalı bir dayəyə tapşır, böyüyəndə
ona bir müəllimə tut...
Nə qədər ki, sənin evindədir, onunla mehriban dolan, çünki qızlar
ata və analarının əsiri olarlar. Lakin oğlan atasız qalsa belə, yenə öz
işini tələb etməyə gedə bilər, necə olur-olsun özünü dolandırar.
Qız isə yazıq olar, hər nəyin varsa, əvvəlcə qıza xərclə, onun işlərini
düzəlt və onu birinin boğazına keçirib, onun qəmindən xilas ol. Qızın
bakirədirsə, bakir kürəkən tap, qoy arvad könlünü ona versin, ər də
arvadının qədrini bilsin, hər iki tərəf bir-birinə bab olsun.
Hekayət. Belə eşitmişəm, Şəhrbanu
84
hələ kiçik bir qız ikən
Əcəmdən Ərəbistana əsir aparılır. Ömər Əmirəlmöminin (Allah ondan
razı olsun) onu görür, deyir, bunu satın. Onu satmağa apararkən, Əli
Əmirəlmöminin (Allah ondan razı olsun) rast gəlir və Peyğəmbər (s.)
adından bu xəbəri gətirir: “Şah övladını satmaq rəva deyildir”.
Hədis çatdıqdan sonra Şəhrbanunu satmayıb Səlman Farsinin
85
evinə
aparırlar ki, sonra ərə versinlər. Ərə getmək məsələsini Şəhrbanuya
xəbər verdikdə o deyir: “Əri görməyincə onun arvadı olmayacağam”.
Şəhrbanu uca bir yerdə oturur, Ərəb və Yəmənin
böyükləri gəlib onun qabağından keçirlər ki, kimi
bəyənsə, onun da arvadı olsun. Bu zaman Səlman
onun yanında oturub gələn-gedənləri tanıtdırır və
deyirmiş: “bu filandır, o bəhmandır” və nöqsanlarını
sayırmış.
Ömər keçərkən, Şəhrbanu deyir: “Bu kimdir?”
Səlman deyir: “Ömərdir”. Şəhrbanu deyir: “Böyük
adamdır, lakin qocadır”. Əli keçəndə soruşur: “Bu
kimdir”. Səlman deyir: (Allah ondan razı olsun)
Əlidir”. Şəhrbanu deyir: “Alicənab adamdır, lakin
sabah Fatimeyi-Zəhranın üzünə baxa bilmərəm,
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONUN QAYDALARI HAQQINDA