126
Deməli, dostlar haqqında fikirləşirsənsə, onlara bəxşiş, hədiyyə
göndər, mərdlik göstər, çünki dost hayına qalmayanın dostları da
hayına qalmaz. Belə adamlar həmişə dostsuz qalar. Deyirlər ki, guya
dost adamı qohumdan uzaqlaşdırır. İnanma.
Tez-tez dost dəyişdirməyi adət etmə, dostu çox olanın eyibləri
örtülər, ləyaqətləri meydana çıxar. Lakin təzə dost tapdıqda köhnəsinə
arxa çevirmə. Yenisi ilə dost ol, köhnəsi də qoy yerində qalsın, beləliklə,
dostların sayı çoxalsın. Deyiblər ki: „Yaxşı dost böyük xəzinədir“. Bir
də, səninlə dostlaşmaq istəyən, lakin hələlik yarım dost olan adamlar
haqqında da fikirləş, onlara yaxşılıq et, qayğı göstər, xeyir-şərdə onlara
kömək et. Səndə mərdlik gördükdə dönüb sadiq dostun olarlar.
İsgəndərdən soruşurlar: „Az müddətdə bu qədər böyük bir dövləti
hansı xüsusiyyətinlə ələ gətirdin? Deyir: „Düşmənlərə lütf etmək,
dostlara kəramət göstərməklə“.
Bir də, dostlarının dostları haqqında fikirləş, onlar da dostlar
cərgəsində hesab edilərlər. Lakin düşməninlə dostluq edəndən
ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və
düşmənindən əvvəl sənə zərər yetirsin.
Qardaşım, əlini üz o dostundan
Ki, düşmənlə durub otura hər an.
Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir səbəb və
əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.
Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd adamda
nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz.
Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi dost tutarlar, səni yox.
Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən
dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin
edilmiş olar. Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki,
pis dostlara da adamın işi düşə bilər. Hərçənd yaxşıların yanına getmək
pislərin yanında hörmətini azaltdığı kimi, pislərin də yanına getmək
yaxşıların yanında hörmətini azaldar, lakin sən yaxşıların yolu ilə get
ki, hər iki dəstənin dostluğu sənə nəsib olsun. Amma heç vaxt axmaq
DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA