127
adamlarla dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər
ki, yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.
Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki, sən də dostlarının
şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən. Tək olmaq
pislə oturmaqdan yaxşıdır. Bu barədə mən iki beyt də demişəm.
Ey könül, vəhşitək çölə qaçırsan,
Nə dərd anladırsan, nə söz qanırsan.
Demək pis həmdəmsən, yaxşı ki, getdin,
Tənhalıq yaxşıdır, məncə, pis dostdan.
Danlanmaq istəmirsənsə, dostların və adamların haqqını tapdalama.
Deyiblər ki, iki cür adam məzəmmət edilməyə layiqdir: biri dostların
haqqını tapdalayanlar, ikincisi, yaxşı işə qiymət qoymayanlar. Bil ki,
insanların dostluğa yarayıb-yaramadığını iki şeylə müəyyən etmək
olar: birincisi odur ki, dostu dara düşə, o, imkan daxilində heç bir şeyi
dostundan müzayiqə etməyə və ağır gündə ondan üz döndərməyə;
ikincisi, əgər dostu vəfat etsə, onun övladını və qohumlarını yanına
çağırıb onlara yaxşılıq edə, hər dəfə dostunun qəbrinin ziyarətinə
getdikdə həsrətini bildirə; doğrudur, bu, dostun özü deyil, lakin qəbir
ki, onun qəbridir.
Hekayət. Belə danışırlar ki, Sokratı öldürməyə apararkən
bütpərəstliyi qəbul etməsini təkid edirlər. Deyir: „Allah eləməsin ki,
yaradandan başqa birinə sitayiş edəm“.
Onu edama aparırlar. Adətin tələb etdiyi kimi tələbələrindən bir
dəstə onun yanınca gedir və ah-fəğan edirlər. Sonra ondan
soruşurlar: “Ey filosof, indi ki ölümə razı
olubsan, de görək, səni harada dəfn
edək?” Sokrat təbəssüm edib deyir:
Əgər məni yenidən tapa bilsəniz,
harda istəyirsiniz, dəfn edin”, yəni
tapdığınız mən olmayacağam, mənim
qəbrim olacaqdır”.
DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA