130
hərəkət et, özünü ona düşkün kimi göstərmə. Düşmənin şirin dilinə
uyma, düşmən sənə şəkər versə, sən onu zəhər hesab et.
Bircə üzvü bədənin dost ola düşmənlə əgər,
İki düşmən bil onu, vur ona iki xəncər.
Güclü düşməndən həmişə özünü gözlə, ondan qorx, çünki iki
adamdan qorxmaq lazımdır: biri - güclü düşməndən, ikincisi -xain
dostdan. Heç vaxt düşməni zəif hesab etmə, kiçik düşmənlə də böyük
düşmən kimi mübarizə apar, demə ki, o kimdir, nə edə bilər?
Hekayət. Belə eşitmişəm ki, Xorasanda Mühəlləb adlı çox nüfuzlu,
hörmətli, xeyirxah, şöhrətli bir əyyar
86
var imiş. Deyirlər, bir gün küçə
ilə gedərkən, ayağının altında qovun qabığı qalır, sürüşüb yerə dəyir.
Dərhal bıçağı çəkib qovun qabığını doğram-doğram edir. Soruşurlar:
Ey xacə, ad-sanın var, qoça adamsan, utanmırsanmı, qovun qabığı ilə
bıçaq davasına çıxırsan?” Mühəlləb deyir: “Məni yıxan qovun qabığı
idi, bəs mən kimi bıçaqlaya idim? Məni yıxan mənim düşmənimdir,
düşmən nə qədər kiçik olsa da, onu “heç” adlandırmaq olmaz.
Düşməni heç hesab edən özü heç olar”.
Deməli, düşmən düşməni məhv etmək fikrində olar. Düşmən səni
məhv etməmiş sən tədbir gör, özünü ondan qoru. Lakin hazırlıq işlərini
də əldən buraxma. Ancaq kiminlə düşmənçilik edib, üstün gəlsən, hər
yerdə pisləyib onun acizliyini üzə vurma. Aciz adama qələbə çalmaq
sənin üçün iftixar hesab edilməz, Allah eləməsin, sonralar bir vaxt o
sənə qalib gəlsə, aciz və zəif bir adam tərəfindən məğlub edildiyin üçün
rüsvay olarsan. Buna görədir ki, bir padşah zəfər çalanda onun düşməni
zəif olduqda da, şairlər “mədhnamə”, katiblər “fəthnamə” yazarkən,
əvvəlcə düşmənin çox qüvvətli və qüdrətli olduğunu təsvir edərlər, onun
ordusunu tərifləyərlər, düşmənin bir çox atlı və piyadalarını Söhrab
87
və əjdaha adlandırarlar, qoşunlarının vuruşmasını, sərkərdələrinin
qəhrəmanlığını bacardıqları qədər şişirdib tərifləyərlər. Yalnız bundan
sonra mədh edəcəkləri öz ağalarının böyüklüyünü və ordularının
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA