131
məğlub edilməzliyini göstərmək üçün deyərlər ki, bax, bizimkilər filan
böyük sərkərdənin filan qədər pəhləvanları olan qüdrətli ordusunun
öhdəsindən gəldi, onu əzib darmadağın etdi.
Əgər düşmən ordusunu pisləyib, onun sərkərdəsinin aciz olduğunu
desələr, o zaman belə aciz bir adamı məğlub etmiş şah nəyə fəxr edib
qürrələnə bilər ki, hələ onun adına ”mədhnamələr”, ya “fəthnamələr”
də yazılsın?!
Hekayət. Rey məmləkətində Seyyidə adlı bir qadın şahlıq edirdi.
Şah nəslindən, ismətli, namuslu və düz bir qadın idi. Anamın əmisi
qızı, həm də Fəxrəddövlənin
88
arvadı idi. Fəxrəddövlənin əcəli
çatdıqda, şahlıq adını onun Məcdəddövlə ləqəbli oğluna verdilər.
Lakin hakimiyyət otuz bir il Seyyidənin əlində oldu, ölkəni o idarə
etdi. Bu Məcdəddövlə böyüdükdə naxələf çıxdı, şahlığa ləyaqəti
yox idi, şahlıqdan onda yalnız quru bir ad qalmışdı. O, evdə oturar,
kənizlərlə kef çəkərdi. Anası otuz ildən yuxarı Rey, İsfahan və
Kuhistanda şahlıq etdi.
Bunu deməkdə məqsədim var. Sənin baban Soltan Mahmud ibn
Səbüktəkin haman Seyyidəyə qasid göndərib deyir: “Gərək xütbəni
89
mənim adıma oxutdurub, sikkəni mənim adıma basdırarsan, bac-xərac
verəsən, yoxsa gəlib Reyi alaram, oranı xaraba qoyaram”. Belə çox
hədə-qorxular yazır.
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA