135
biləsən. Sənsiz
işi keçən adamı hərbə-zorba gəlmək və şikayət etməklə
qorxutma, sənə ehtiyacı olmayan sənin hədəndən də, şikayətindən də
qorxmaz, onu hədələməklə özünə dalınca danışan bir adam əmələ
gətirmiş olarsan. Sənsiz keçinə bilməyən adamları isə birdəfəlik təhqir
edib ruhunu öldürmə, gücünü ona göstərib başqalarının acığını ona
tökmə. Böyük günah etmiş olsa da, onu bağışla, özündən balacalara
nahaq yerə bəhanə axtarma. Beləliklə, sən onlardan xeyir götür, onlar
da sənin abadlıq işinə yaxşı baxarlar.
Kiçiklər sənin mülkündür, var-dövlətindir, onlara yaxşı baxmasan,
çörəksiz, azuqəsiz olarsan, yaxşı baxsan, işlərin saz gedər, razı qalarsan.
Sözə baxan nöqsanlı nökər sözə baxmayan nöqsansız nökərdən
yaxşıdır.
Əmrinin və işinin yerinə yetirilməsini istəyirsənsə, bir işi iki adama
buyurma. Deyiblər ki, bir qazanı iki aşpaz bişirsə, qaynamaz, bir evin
iki xanımı olsa, ev süpürülməmiş qalar. Şair demişdir:
Tapşırma bir işi sən iki adama, canım,
Ev zibilli qalacaq, evdə iki olsa xanım!
Əmr yerinə yetirən olsan, özünə şərik axtarma ki, o işdə
müvəffəqiyyət qazansan, həmişə ağanın qarşısında üzüağ olasan. Lakin
dost-düşmənə mərhəmətli ol, camaatdan xəta baş verdikdə coşma,
hər sözə bir əmma qoyma, hər haqq-nahaq şey üstündə xalqı incitmə,
həmişə təriflənmək istəyirsənsə, kəramətli ol.
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA