137
İlk günahı Adəm etmiş, bağışla,
Mən adamam, mən də günah etmişəm.
Nahaq cəza vermə ki, günahsız cəza almayasan. Hər şey üstündə
qəzəblənmə, acıqlı vaxtlarda hirsini udmağı bacar. Bir günahı
bağışlamağı səndən xahiş etsələr, qəbul et, günah nə qədər böyük
olsa da, bağışlamağı özünə adət bil; bəndə günah etməsə, ağanın onu
bağışlamasına ehtiyac qalmaz. Hər günah üçün cəzalandırsan, bəs
sənin kəramətin nə olar? Bağışlamağı vacib bilsən, böyüklük şərəfindən
məhrum olmazsan. Lakin bağışladıqdan sonra bir də ona sərzəniş edib
həmin günahı yada salma, bu elə bağışlamamaq kimi bir şey olar.
Amma özün günah etmə ki, üzr istəməli olasan, lakin etdinmi, üzr
istəməkdən utanma, qoy düşmənçilik aradan qalxsın.
Birisi cəzaya layiq günah işləmişsə, əvvəlcə günahın dərəcəsini təyin
et, sonra ona müvafiq cəza ver. İnsaf sahibləri belə demişlər: “Cəza
günaha müvafiq olmalıdır”. Mən isə belə deyirəm: “Əgər biri günah
etmişsə və o, cəzaya layiqsə, sən bu günaha müvafiq cəza verməlisən
ki, helm, rəhm və kəramət qaydalarını unutmayasan; bir dirəmlik
günah edibsə, yarım dirəmlik cəza vermək lazımdır ki, beləliklə, həm
kəramətli hesab ediləsən, həmdə ləyaqətli, çünki kəramətli adamlara
rəhmsiz olmaq yaramaz.
Hekayət. Eşitmişəm, Müaviyə
92
dövründə bir dəstə adam cinayət iş
görür və onları öldürmək lazım olur. Müaviyə əmr edir, boyunlarını
vursunlar. Bu zaman onlardan birisini boynunu vurmaq üçün irəli
gətirirlər. O kişi deyir: “Ya Əmirəlmöminin, bizə nə etsəniz, yeri
var, mən öz günahımı boynuma alıram. Lakin, Allah xatirinə,
istəyirəm, mənim iki kəlmə sözümə qulaq asıb ona cavab verəsiniz.
Deyir: “De”. O kişi deyir: “Bütün dünya sənin həlim və kəramətli
olduğunu bilir, əgər biz bu günahı sənin qədər həlim və
kərim olmayan bir padşaha etsəydik, o bizə nə edərdi?”
Müaviyə deyir: “Mən nə edirəmsə, o da onu
edərdi”. O kişi deyir: “Bəs onda sənin mərhəmətli
və kəramətli olmağının bizə nə faydası? Həmən
CƏZA VERMƏK VƏ ƏFV ETMƏK QAYDALARI HAQQINDA