138
zülm, həmən cəza?” Müaviyə deyir: “Sən bu sözü bir az qabaq demiş
olsaydın, heç o birilərin də boynu vurulmazdı, kim qalıbsa, hamısını
bağışlayıram”.
Deməli, günahkar üzr istəsə, onu qəbul et, çünki bağışlanması
mümkün olmayan günah yoxdur.
Bir möhtac adamın sənə ehtiyacı düşsə və bunun dinə zərəri, dünya
işlərinə ziyanı olmasa, dünya malı xatirinə onun xahişini rədd etmə,
imkan daxilində ona kömək et, sənin haqqında olan yaxşı fikrini pisə
çevirmə. O adam sənin haqqında yaxşı fikirdə olmasaydı, səndən bir
şey istəməzdi. Ehtiyac vaxtı o sənin əsirin olur. Deyiblər ki, “Ehtiyac
əsirliyə bərabərdir”. Əsirlərə isə rəhm etmək lazımdır. Əsiri öldürmək
təriflənməz, pislənər. Bu mənada kahıllıq göstərmə, onda hər iki
dünyada şöhrət qazanarsan.
Bir adama ehtiyacın düşsə, əvvəlcə bax, gör o adam səxavətlidir,
yoxsa xəsis. Səxavətli olsa, ehtiyacını istə, lakin münasib vaxt seç, qanı
qaradırsa, istəmə, acdırsa, yenə istəmə. Bir şey xahiş edərkən fikirləş, yaxşı
sözlər tap, otur, ən yaxşı hörmət qaydalarına riayət et, sonra qısa şəkildə
xahişini bildir. Xahiş edərkən həddindən artıq təvazökar və nəzakətli
ol, təvazökarlıq xahişin qəbul edilməsi üçün ikinci vasitədir. Əgər xahiş
etməyib acarsan, heç vaxt əliboş qayıtmazsan. Bu barədə mən deyirəm:
Ey könül, ürəkdən keçirsə nigar,
Zəhmətsiz vüsala ancaq bir yol var.
Gərək yar deyən tək edəsən, könül,
Sən xahiş bacarsan, o da ram olar!
Kimə ehtiyacın varsa, özünü ona qarşı nökər və qul kimi apar,
məqsədinə çatdıqda isə hər yerdə ona təşəkkür et (Allah-Taalada
buyurubdur ki, “Şükr etsəniz, qismətinizi artıraram”). Allah-Taala şükr
edənləri sevər. Bundan əlavə, birinci yaxşılıq qarşısında edilən təşəkkür
ikinci xahişin yerinə yetirilməsinə ümid verər.
Sənin xahişini yerinə yetirmirsə, öz bəxtindən küs, ondan
şikayətlənmə. O sənin şikayətindən qorxsaydı, özü sənin ehtiyacını
CƏZA VERMƏK VƏ ƏFV ETMƏK QAYDALARI HAQQINDA