147
Qazının diribaş və cəld vəkilləri olmalıdır ki, hökm çıxarıb fitva
verərkən müttəhimlər qazıya cürbəcür sərgüzəştlər danışıb ona nağıl və
əhvalat söyləməsinlər və beləliklə, havayı yerə onun vaxtını almasınlar.
Qazının borcu hökm çıxarmaqdır, istintaq deyildir. Bir çox istintaqlar
var ki, onu aparmamaq aparmaqdan yaxşıdır.
Qazının nitqi qısa olmalı, o tezliklə şahidləri dindirib anda
keçməlidir.
Adamların dövlətli və sırtıq olduğunu gördükdə işi boş tutmayıb,
yəni qorxmayıb, bütün təcrübələrdən, tədbir və fəndlərdən istifadə
etmək lazımdır. Həmişə qazının yanında ədalətli və xeyirxah
məşvərətçilər olmalıdır. Qazı çıxardığı hökmləri geri götürməməli,
verdiyi əməlləri qüvvədə saxlamalı və onları dəyişdirməməlidir.
Zəruriyyət olmadan öz əli ilə heç bir qəbz, qəbalə və təliqə
yazmamalıdır. Öz imzasının qədrini, öz sözünün hörmətini saxlamalı
və yalnız öz qolu olan yerə möhür vurmalıdır. Qazının ən böyük
hünəri onun elmi gözəl bilib helmi yaxşı mənimsəməsidir.
Əgər bu sənətlə məşğul olmasan, ya müvəffəqiyyət qazanmasan və
orduda qulluq etməyi özünə peşə seçməsən, heç olmasa ticarətə meyl
göstər, bəlkə, bu yolla bir şey ələ gətirəsən, çünki ticarətlə qazanılan
hər şey halal hesab edilər və hamı tərəfindən bəyənilər. Kömək isə
Allahdandır.
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA