146
almamış olsaydın, mənə deyərdin: “Nə ağac, mən ağac-zad tanımıram
və bilmirəm ki, o hara getmişdir”.
Qazı kişini məcbur etdi, qızılı alıb yiyəsinə verdi.
Deməli, bütün hökmləri kitabdan çıxarmazlar, gərək özündən də
axtarıb bir şey tapasan.
Bir də, gərək evdə çox təvazökar olasan, məhkəmə məclisində isə
nə qədər heybətli oturub qaşqabağını töksən, gülməyib az danışsan,
o qədər əzəmətli və həşəmətli görünərsən. Vüqar və təmkinlə hərəkət
et, söz eşidib hökm verməkdən qanın qaralmasın, özündən çıxma,
səbirli ol, çətin məsələ rast gəldikdə tək öz rəyinlə kifayətlənmə, başqa
müftilərlə də məsləhətləş. Həm işə fikrin aydın olsun, dediyim kimi,
şəriət məsələlərindəki təcrübədəndə istifadə et, çünki şəriətdə qazının
rəyi də qanun hökmündədir. Bir çox məsələləri şəriətlə həll etmək
çətin olduqda qazı onu asanlıqla yoluna salar. Qazı müctəhid olmalıdır
və bir neçə halda fitva verməməlidir: birinci, ac olduqda, ikinci, susuz
olduqda, üçüncü, hamamdan çıxdıqda, dördüncü, qanı qaraldıqda,
beşinci, dünya işləri haqqında fikirli olduqda.
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA