13
Ey oğul, bil, insanların fitrətində elə bir xüsusiyyət vardır ki, onlar
dünyada əldə etdiklərini həmişə ən əziz adamları üçün qoyub getməyə
çalışırlar. Bu dünyada mənim əldə etdiyim bu sözlərdir, ən əziz
adamım isə sənsən. İndi köçməyə hazırlaşarkən, əldə etdiklərimi sənə
yadigar qoymaq istəyirəm. İstəyirəm sən onları oxuyub xudpəsəndliyə
yol verməyəsən, yaramaz işlərdən çəkinəsən, pak əcdadlarının adına
layiq yaşayasan.
Ey oğul, bilməlisən ki, sənin valideynlərinin tayfası böyük və əsil-
nəcabətli hökmdarlardır. Baban Şəmsülməali Qabus ibn Vəşmgirdir.
Nəslin Gilan şahlarından olan Keyxosrov
2
və ƏbülMüəyyəd
3
övladlarının xanədanındandır. Firdövsi onların tərcümeyi-halını öz
Şahnamə”sində təsvir etmişdir. Gilan şahlığı sənin babalarına ondan
yadigar qalmışdır. Sənin nənən, mənim anam “Mərzbannamə” əsərinin
müəllifi şahzadə Mərzban ibn Rüstəm ibn Şərvinin
4
qızı idi. Onun on
üçüncü babası Ənuşirəvan
5
Adil padşahın qardaşı Kavus ibn Qubad
6
idi. Sənin anan Məlik qazı Soltan Mahmud Nasirəddinin
7
qızı idi.
Mənim nənəm deyləmilər hökmdarı Firuzanın
8
qızı idi.
Ey oğul, ağıllı ol, öz əcdadının qədrini bil, nanəcibliyə yol vermə.
Hərçənd mən səndə yaxşılıq əlamətləri və xoşbəxtlik nişanələri
görürəm, lakin bu sözləri təkrar etməyi lazım bilirəm: ey oğul, bil və
agah ol, mənim getməyim yaxındır, sənin də mənim dalımca gəlməyin
o qədər uzaq deyildir. Ona görə nə qədər ki, sağsan, gərək iş görüb
fəaliyyət göstərəsən, bəlkə, beləliklə, əbədilik qazanasan. Əbədilik
müvəqqətilikdən üstündür. Əbədiliyi isə yalnız bu dünyada qazanmaq
olar. Bu dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə əksən, onu da
biçəcəksən. Əbədilik sarayının bünövrəsi müvəqqəti olan bu dünyada
qoyulmalıdır. Yaxşı adamlar bu dünyada aslan təbiətli olarlar,
pis adamlar isə it təbiətli. İt tapdığını oradaca yeyər, aslan isə
şikarını başqa yerə aparar. Bu dünya bir ovlaqdır, sən isə ovçu,
sənin ovun isə yaxşı əməllərindir. Çalış indi yaxşılıq elə ki, sonra
xeyrini görəsən...
Ey oğul, onu da bil ki, bu nəsihətnaməni, bu qiymətli kitabı mən
qırx dörd fəsildən ibarət yazdım. Ümid edirəm ki, bu kitab onu
yazana, oxuyana, köçürənə və dinləyənə xoşbəxtlik gətirəcək”.
MÜQƏDDİMƏ