12
Bu kitabı tərtib edən əmir Ünsürülməali Keykavus ibn İsgəndər
ibn Qabus ibn Vəşmgir ibn Ziyar
1
,
Mövla əmirəlmöminin öz oğlu
Gilanşaha belə deyir:
Ey oğul, bil və agah ol ki, mən artıq qocalmışam. Qocalıq və zəiflik
məni əldən salmışdır. Saç-saqqalıma çəkilmiş ağ xətlərin ölüm fərmanı
olduğunu görürəm və heç kəs bu fərmanı pozacaq qüdrətə malik deyildir.
Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında gördükdə
belə qərara gəldim ki, köç naməsi mənə çatmamış, mən sənə bir namə
yazım, orada dünyanın yaxşı və pis işlərini, dövranın düz və gəc
gərdişini təsvir edim, fürsət ikən özümdən sonra bir ad qoyum, atadan
oğula yadigar olsun.
Ey oğul, zəmanə səni yumşaltmamış, sən öz ağlının gözləri ilə
mənim sözlərimi oxu və ona əməl et, onda sən xoşbəxt olarsan, hər iki
dünyada (həm sağlıqda, həm öldükdən sonra) yaxşı ad qazanarsan.
Amandır, sən çalış bu kitabda deyilənlərə qulaq as. O zaman mən
atalıq borcumu yerinə yetirmiş olaram. Sən mənim dediklərimdən
yaxşı fayda götürə bilməsən də, elə adamlar tapıla bilər ki, onlar
dəyərli sözlərə qulaq asıb, ona əməl etməyi qənimət sayarlar.
Hərçənd zəmanə belə gətirib ki, heç bir övlad atasının nəsihətinə
qulaq asmır, gənclərin qəlbində elə bir qəflət atəşi var ki, onlar
qocalardan daha çox bildiklərini güman edirlər. Mən bunları bilsəm
də, atalıq məhəbbəti məni susmağa qoymur. Odur ki, xoşuma gələn,
təbiətimə uyğun olan sözləri toplayaraq fəsillərə ayırdım, daha qısa və
layiq olanları bu kitaba köçürdüm. Əgər əməl etsən, çox gözəl, etməsən,
mən atalıq vəzifəmi yerinə yetirmiş olaram. Deyiblər: “Məsləhətçinin
vəzifəsi deməkdir. Qulaq asmasalar, inciməyə dəyməz”.
MÜQƏDDİMƏ