149
heyvanlardan, yolkəsənlərdən, karvançapanlardan ehtiyat etməyib
Şərqin nemətlərini Qərb adamlarına çatdıran, Qərbin mallarını Şərq
adamlarına satdıran və beləliklə, dünyanın abadlığına səbəb olan bir
kəs varsa, o da sövdəgərdir. Belə qorxulu işlərə yalnız o adam razı ola
bilər ki, onun ağıl gözü tutulmuş olsun.
Sövdəgərlik iki cürdür, hər ikisi də təhlükəlidir: biri sələmlədir,
biri səfərlə. Sələmlə ona deyərlər ki, adamlar bir yerdə qalıb, baha
satmaq ümidi ilə satılmayan şeyləri alıb saxlarlar, burada təhlükə mal
üçün olar. Ürəkli və uzaqgörən olmaq lazımdır ki, cürət edib qazanc
ümidi ilə satılmayan şeyləri alasan. Səfərə çıxanın isə kim olduğunu
demişəm. Hər iki halda sövdəgər qoçaq və qorxmaz olmalıdır. Lakin
qorxmazlıqla bərabər, həmişə ürəyi təmiz və əlidüz olmalıdır, öz xeyri
üçün xalqın ziyanını istəməməli, öz qazancı xatirinə camaatın zərərini
arzu etməməlidir. Müamiləni
101
özündən aşağılarla etməli, özündən
böyüklə etdikdə, onun düz, dəyanətli, etibarlı, insaflı mürüvvətli
olmasına fikir verməlidir. O, adam aldadanlardan özünü qorumaqla,
maldan başı çıxmayan adamla alver etməməlidir ki, qapı döyülməkdən
arxayın olsun. Yoxsul və axmaq adamlarla sövdəsi olmamalıdır. Olsa,
tamah əlini üzməlidir ki, dostluq pozulmasın. Balaca ziyan və qazanc
üstündə o qədər dostluqlar pozulub ki...
Artıqtamahlıq üzündən nisyə alver etməməlidir, bəzən “çox”
dalınca qaçarsan, “az” əldə edərsən, xırda səhv buraxarsan, böyük
zərər çəkərsən, necə ki mən deyirəm:
Dedim, getsəm onun yanından əgər,
Bəlkə, ürək sakit oldu bir qədər.
Ordan qaçdım, qaçdı yuxum, iştaham
Xırda səhvdən doğurmuş böyük zərər!
Qənimətdən yemək mümkün olduqca, qazancdan yemə, qazancdan
yemək mümkün olduqca, mayadan yemə. Sövdəgərinən böyük
zərəri mayadan yeməkdir. Ən qazanclı mal odur ki, onu xalvarla,
batmanla alıb, misqalla, dirhəmlə satasan. Ən zərərli mal bunun əksini
bil. Qazanc ümidi ilə taxıl almaqdan vaz keç, taxıl satanlar həmişə
TİCARƏT HAQQINDA