150
bədniyyət və bədtiynət olarlar. Ən böyük düzlük odur ki, alverdə
yalan danışmayasan. Ticarətdə yalan danışmaq nə kafirə yarayar, nə
müsəlmana. Mən bu barədə aşağıdakı şeirdə deyirəm:
Eşq oldu qəlbimə yanğınlar salan,
Naz oxu sinəmi nişanə alan!
Eşqini almışam qan bahasına,
Alverdə, bilirsən, deməzlər yalan!
Beh almamış heç bir şeyi əldən vermə. Ticarətdə utanmaq olmaz.
Zirək adamlar demişlər: “Utanmaq ruzini azaldar”. Baha satmaqdan
qorxma, lakin insafsızlığa da yol vermə. Bu sənətdən başı çıxanlar
demişlər: “Ticarətin əsası qazanc və insafdır”. Qazanc dövlət artırar,
insaf - şöhrət. Bu barədə mən bir hekayətdə eşitmişəm.
Hekayət. Eşitmişəm bir sövdəgər bir behsaxlayan dükanın
qarşısında min dinarlıq alver edir. Alver qurtardıqdan sonra sövdəgərlə
beh saxlayan dükançı arasında xırda pul üstündə mübahisə başlayır.
Behsaxlayan deyir: „Sənə bir dinar da verəcəyəm“. Sövdəgər deyir:
Yox, bir dinar qızıl, bir də qara pul“. Səhərdən günortaya qədər qara
pul üstündə çənə döyürlər, sövdəgər qışqırır, bağırır, hay-küy salır, öz
sözündən dönmür ki, dönmür. Nəhayət, behçi yorulub bir qızıl dinarla
haman qara pulu sövdəgərə verir. Sövdəgər pulu alıb yola düzəlir.
Bu hadisənin şahidi olmuş adamlar sövdəgəri məzəmmət etməyə
başlayırlar. Bu zaman behçinin şagirdi sövdəgərin dalınca gedib ondan
şagirdanəlik
102
istəyir. Sövdəgər qızıl dinarla həmən qara pulu ona
verir, uşaq geri qayıdır. Behçi uşağa deyir: „Ay haramzadə, sən gördün
ki, bu adam səhərdən günortaya qədər camaatdan utanmayıb bir qara
pul üstündə nə oyun çıxardı, ümid edirdin ki, sənə bir şey verəcək?“
Uşaq qızılı ustasına göstərir, usta təəccüb edir və öz-özünə deyir:
Xudaya xudavəndə, bu nə işdir, bu xəsislikdə adam bu qədər böyük
bir əliaçıqlığı nə üçün etmişdir?“
Behçi sövdəgərin dalınca gedib deyir: „A kişi, mən sənə təəccüb
edirəm. Sən bütün günü camaat içində həmən pul üstündə mənə baş
TİCARƏT HAQQINDA