154
get, bəlkə, işə yaradı, lazım olmasa da, ziyanı yoxdur. Bilmək olmaz ki,
orada işlər necə gedəcək. Adamlarla yola getməyə çalış. Yola getməyən,
nadan, axmaq, tənbəl, namaz qılmayan, hörmət qanmayan adamla
səfərə çıxma. Deyiblər: „Əvvəl yoldaş, sonra yol“.
Sənə etibar edən adamların ümidini puça çıxarma, şeyləri görməmiş
alma. Satmaq istədiyin şeylərin əvvəl qiymətini öyrən. Şərt-peymanla
satma ki, məhkəməyə düşməkdən və dedi-qodudan xilas olasan.
Ev saxlamaq yolunu yaxşı öyrən. Ən böyük ticarət, evi və onun
avadanlığını saxlamaqdır. Təsərrüfat işlərini pərakəndə halda aparma.
Evə nə lazımsa, ildə bir dəfə bolluq vaxtı hamısını birdən al, özü də bir
ildə sərf edə biləcəyindən iki dəfə çox al. Sonra qiymət öyrən, qiymət
qalxdıqda şeylərin hərəsindən yarısını sat. Beləliklə, həmin ili havayı
dolanmış olarsan. Burada nə günah var, nə bədnamlıq və heç kəs
səni bu işdə xəsis hesab etməz, çünki bu, ev dolandırmaq yollarından
biridir. Öz təsərrüfat işlərində kəsir görəndə gəliri artırmaq haqqında
tədbir tök, kəsiri aralıqdan qaldır. Gəliri qaldırmaq haqqında bir çarə
tapa bilməsən, xərcini azalt. Elə bu da gəliri artırmaq kimi bir şeydir.
Ticarəti bəyənməsən və elmdə şöhrət qazanmaq fikrinə düşsən,
din elmi nəzərə alınmasa, tibb elmindən ən faydalı və ən şərəfli elm
yoxdur. Peyğəmbər (s.) deyibdir: „Elm ikidir: din elmi, bədən elmi“.
TİCARƏT HAQQINDA