153
ki, qazanc və zərərlərindən xəbər tuta biləsən. Xain adamlardan qaç,
özün də başqalarına xəyanət etmə. Kim xalqa xəyanət etsə və elə bilsə ki,
başqalarına xəyanət etmişdir, səhv edir, xəyanəti o, özünə etmiş olar.
Hekayət. Qoyun saxlayan bir kişinin böyük qoyun sürüsü və çox
düz, əməlisaleh bir çobanı var idi. Qoyunlar gündə nə qədər süd
verirdilərsə, azına-çoxuna, artığına-əksiyinə baxmadan çoban hamısını
ağasının yanına aparardı. Ağası isə həmin südə su qatıb çobana
qaytarar və deyərdi: „Apar sat!“ Çoban həmin kişiyə öyüd verib
nəsihət edər və deyərdi: „Ey xacə, müsəlmanlara xəyanət etmə, xalqa
xəyanət edənin axırı yaxşı olmaz“. Kişi çobanın sözünə baxmayıb südə
su qatmağında davam edərdi.
Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir dərədə
yatırdıb özü bir təpənin başına dırmaşdı və orada yuxuladı. Bahar fəsli
idi, birdən dağlarda gürşad yağışlar başladı, sel axıb dərəni doldurdu
və bütün qoyunları boğub öldürdü.
Sanki o su toplandı, dama-dama göl doğdu,
Birdən daşdı sel kimi, bütün sürünü boğdu.
Çoban şəhərə gəlib qoyun sahibinin yanına südsüz getdi. Kişi
soruşdu: „Nə üçün süd gətirməyibsən?“ Çoban dedi: „Ey xacə, sənə
dedim, südə su qatma, xəyanət olar, sözümə baxmadın. İndi camaata
süd əvəzinə satdığın o sular bir yerə toplanıb hücuma keçdilər və sənin
bütün qoyunlarını apardılar“.
Bacardıqca çalış, xəyanətdən qaç, kim bir dəfə xəyanət etsə, artıq
heç kəs ona inanmaz. Düzlüyü özünə peşə et. Ən böyük məharət
düzlükdür.
Ticarətdə və sövdəgərlikdə xoşrəftar ol. Heç kəsə vədə vermə,
verdikdə vədə xilaf çıxma. Şeyin mayasının neçə olduğunu demə,
deyərsənsə, düzünü de ki, Allah da mayana bərəkət versin. Ticarətdə
qəbz verib almaqda ayıq ol. Qəbz yazmalı olsan, haqqını almayınca
onu əldən vermə. Hara getsən, orada özünə bir tanış tap.
Sövdəgərlik etsən və əvvəllər heç vaxt görmədiyin bir şəhərə
getməli olsan, özün haqqında mötəbər bir adamın xasiyyətnaməsi ilə
TİCARƏT HAQQINDA