156
ya surət. Maddə olanlar ya uzaqdır, məsələn, ünsürlər kimi, onların sayı
dörddür: hava, od, torpaq və su; ya ünsürlərə nisbətən daha yaxındır,
məsələn, məzac
105
kimi, onların sayı doqquzdur: biri mülayim, səkkizi
isə qeyri-mülayim; bunların da dördü sadədir, dördü mürəkkəb; ya
məzaca nisbətən daha yaxındır, məsələn, tərkib
106
kimi; onların dasayı
dörddür: bəlğəm, səfra, öd, qan; ya tərkibdən daha yaxındır, məsələn,
üzvlər kimi; onların sayı bəzilərinin fikrinə görə dörd, bəzilərinkinə
görə isə ikidir.
Bu dediyim sözlərin mənası budur ki, bədən üzvləri tərkibdən,
tərkiblər məzacdan, məzac isə ünsürlərdən əmələ gəlmişdir, ünsürlər
isə ən uzaq maddələrdir.
Surət cinsindən olanlar üçdür: nəfsani, heyvani və təbii.
Nəfsani qüvvət və hissdən ibarətdir. Hiss beş növdür: görmə,
dad, eşitmə, qoxu, lamisə. Qüvvət və hərəkət, hərəkətin sayı və növü
bədənin hərəkət üzvlərinin say və növünə bərabərdir. Qüvvətdən
ibarət olan üçdür: təxəyyül, təfəkkür və zikr. Heyvanilər ikidir: fəal və
passiv (genetik və potensial). Təbii üç növdür: istehsal edənlər, nizama
salanlar və yeyənlər.
Fəaliyyətlər qüvvələrin sayına mütabiqdir: nəfsani, heyvani, təbii.
Ruh qüvvələrə xidmət etdiyindən fəaliyyətlərin sayı qüvvələrin sayına
tam bərabər olar.
Bədənin möhkəmliyini və davamlılığını saxlayanlara tabe olanlar,
məsələn, soyuqluğa
107
tabe olan köklük məzacdır. İstiliyə
108
tabe olan
arıqlıq məzacdır, yanağın qırmızılığı kimi ki, qana tabedir, sarılıq kimi
ki, səfraya tabedir, nəbzin vurması kimi ki, heyvani fəal qüvvəyə tabedir,
qəzəb kimi ki, passiv heyvani qüvvəyə tabedir, həya kimi ki, mülayim
şəhvani qüvvəyə tabedir, hikmət kimi ki, mülayim nitq nəfsinə tabedir,
xüsusiyyət və keyfiyyət kimi ki, maddə və ya surətə tabedir.
Bədəni bir haldan başqa hala keçirən vasitələrə zəruri səbəblər
deyilir. Onlar altı növdür: birincisi hava, ikincisi yemək, üçüncüsü
hərəkət və sakitlik, dördüncüsü yuxu və ayıqlıq, beşincisi geniş və
dar təbiətlilik, altıncısı hadisələr, məsələn, qəm, qəzəb və s. Bunlara
ona görə zəruri deyirlər ki, insanlar onlarsız keçinə bilmir. Onların
hərəsinin insan bədəninə öz xüsusi və tam təsiri vardır. Bunlardan biri
TİBB ELMİ QAYDALARI HAQQINDA