157
müvazinətdə olsa, onların hamısının adamlar tərəfindən işlədilməsi
düz və müvazinətdə olar, əksinə bunlardan bəziləri öz müvazinətini
itirsə və ya insanlar tərəfindən düz istifadə edilməsə, ifratlıq üzündən
xəstəlik və nasazlıq əmələ gələr. Təbiətdən xaric olanlar da üç qisimdir:
1)
xəstəlik, 2) əlamətləri, 3) nəticələri. Xəstəlik də üç növdür: oxşar
üzvlərin xəstəliyi, oxşamayan üzvlərin xəstəliyi, bağların xəstəliyi.
Oxşar üzvlərin xəstəliyi ya isti xəstəliyi olar, bu, beş qisimdir, ya soyuq
xəstəliyi olar, bu, səkkiz qisimdir, ya rütubət xəstəliyi olar, ya quru.
Bunların hərəsi dörd qisimdir. Oxşamayan üzvlərin xəstəliyinin səbəbi
ya anadangəlmə olar, ya kəmiyyətcə olar, ya vəziyyətcə, ya sayca.
Xilqətdən olan xəstəliklər ya şiş olar, ya batıq. Bu da yeddi cürdür, ya
bərk olar, bu da iki cürdür; ya yumşaq, bu da iki cürdür. Miqdara görə
xəstəliklər üç cür, vəziyyətə və saya görə isə hərəsi iki cürdür. Bağlar
dörd cürdür, xəstəlikləri isə üç cürdür: oxşar üzvlərin xəstəliyi, oxşamaz
üzvlərin və bağların xəstəliyi. Buna ümumi - müştərək xəstəliklər deyilir,
çünki o həm oxşar üzvlərə, həm də oxşamaz üzvlərə aid olur.
Oxşar üzvlərin xəstəliyi səkkiz cürdür, dördü sadə: isti, soyuq,
yaş, quru; dördü mürəkkəb: isti-yaş, isti-quru, soyuq-yaş, soyuq-quru.
Oxşamaz üzvlərin xəstəliyi dörd cürdür: xilqətdən olanlar, miqdara
görə, vəziyyətə görə, saya görə. Xilqətdən olan xəstəliklər dörddür:
şişə görə, batıqlığa görə, bərkliyə və boşluğa görə. Miqdara görə
xəstəliklər iki cürdür: artmaq yolu ilə əmələ gələnlər, əksilmək yolu ilə
əmələ gələnlər. Vəziyyətə görə xəstəliklər iki cürdür: ya üzv öz olduğu
yerdən oynayır, ya başqası ilə bitişməklə fəsad törədir. Saya görə də
xəstəliklər iki cürdür: ya çoxalmaqla əmələ gələr, ya azalmaqla.
Bağda (rabitədə) olan xəstəliklər ya oxşar üzvlərdə olar, ya oxşamaz
üzvlərdə, ya da hər ikisində.
Əlamətlər - ya özünü hərəkətdə göstərər, ya vəziyyətdə göstərər,
ya ifrazatda. Hərəkətdə göstərənlər üç cürdür, vəziyyətdə göstərənlər
dörd cürdür, ifrazatda göstərənlər üç cür.
Bilməlisən ki, elm iki qisimdir: nəzəri və əməli. Nəzəri mən
dediklərimidi. Yaxşı-pis, sənə dediyim bu nəzəri cəhətin haradan
oxumaq mümkün olduğunu da indi deyirəm, biləsən ki, bunların
hərəsinin şərhi və incəlikləri nədən ibarətdir.
TİBB ELMİ QAYDALARI HAQQINDA