161
görünsə, vaxtın çatmış olduğunu bildirər. Zəfəran rəngində olsa, bil ki,
hərarəti var, səfra qanı qarışmışdır. Sidiyin üstü sarımtıl, dibi qaramtıl
olsa, bu səfradandır. Müalicə etmə; üstüqaraya çalsa da, ondandır.
Sidiyin dibi sarıya, ya yaşıla çalsa, o tez əvvəlki vəziyyətinə qayıdar.
Xəstə sayıqlayırsa, sidik qırmızı və ya qaramtıl isə, demək, öd
qanla qarışmış və onun köpüyü üzə çıxmışdır, bundan da ehtiyatlı
ol; qara olsa və üzərində qan kimi bir şey durmuş olsa, xəstənin
üstünə getmə; əgər qara olsa və onda kəpək kimi bir şey olsa, ya
üzərində qan kimi bir şey dursa, o xəstəyə əlvida de. Sidik sarı olsa,
parlaq günəş rəngində görünsə, ya qırmızımtıl sarıya çalsa, xəstəlik
qandadır, əmr ver, qan alsınlar, tezliklə sağalar, sarı olsa, onda
qırmızı xətlər görünürsə, onu Allaha tapşır. Sidik sarı olsa, onda ağ
cizgilər görünsə, xəstəlik uzun çəkər, yaşıl olsa, orada çox dayanma,
yaşıl-ağ olsa və onda sirkəqurdu kimi bir şey görünsə, onda yel
babasili var və xəstə taqətsiz olar.
Nəbz və sidiyə baxdıqdan sonra xəstəliyin növünü öyrən, çünki
xəstəliklərin növü bir cür olmaz.
Haşiyə. Yeməklə kifayətlənmək mümkünsə, dərman və yağ
vermə, yaş dəsmal, məlhəm və yağla kifayətlənmək mümkünsə, həb
və toz vermə. Çalış dərman verməklə ifrata varma. Rahatlanmaq və
sakitlik yaratmaqla iş düzələ bilərsə, qusdurmağa çox cəhd göstərmə.
Vəziyyəti xarablaşdıqda xüsusi dərmanlarla müalicəyə başla, yalnız
sakitlik yaratmaqla kifayətlənmə. Heç vaxt xəstəni danlama; öz
qulluğunun hayına xəstədən daha çox qal, demə ki, o artıq yaxşı
olmuşdur. Qarınqulu xəstəyə çox bərk pəhriz qoyma, onsuz da
pəhrizi yerinə yetirməyəcək. Sən o yediyi xörəklərin zərərini aradan
qaldırmağa çalış. Həkimin ən yaxşı xüsusiyyəti dərdi və dərmanı
düzgün təyin edə bilməsidir.
Bu barədə ona görə çox danışıram ki, mən bu tibb elmini həddindən
artıq sevirəm. Çünki faydalı elmdir. Ona görə də bu barədə çox
danışdım. İnsanlar çox sevdikləri haqqında çox danışarlar.
TİBB ELMİ QAYDALARI HAQQINDA