160
Vəsiyyətlər“ini oxumalıdır ki, xəstələrin müalicəsində vicdanlı olub,
düzlük göstərməyi bacara bilsin.
Həmişə özünü və paltarını təmiz saxlamalı, xoş qoxulu ətirlər
vurmalıdır. Xəstələrə baxarkən üzügülər, mehriban olmalı, xoş sözlər
deyib xəstənin könlünü alıb, ona ürək-dirək verməlidir. Həkimin ürək-
dirəyi xəstənin fitri hərarətini artırar, ona qüvvət verər.
Haşiyə. Xəstəni yatmış bilsən, çağıranda cavab versə, lakin səni
tanımasa, gözünü açmaq istədikdə gözü qapansa, pis əlamətdir.
Huşunu itirmiş adam çabalasa, yerini islatsa - pis əlamətdir. Huşunu
itirmiş adam hey qışqırıb əllərini və barmaqlarını tutub sıxsa, bu da
pis əlamətdir. Xəstənin gözünün ağı, adi haldan daha ağ, ya qarası
daha qara olsa, dilini ağzında dolandırsa, ağır nəfəs alsa, pis əlamətdir.
Böyük paxıllıqdan və ya kədərdən xəstələnsə, ya təngnəfəslik əmələ
gəlsə, pis əlamətdir. Xəstə ara vermədən qırmızı, sarı, qara, ağ qussa,
ya qusmağı dayanmasa, bu da qorxuludur.
Əgər xəstə üstünə getsən, bu əlamətlərin heç biri olmasa, sağalmaq
ümidi daha çox olar.
Haşiyə. Sonra nəbzini tut, döyünüb barmağın altında qalxırsa,qanı
artıbdır; barmağın altında zəif və tez-tez vurursa, səfrası artıbdır;
barmağın altında zəif, zərif, yumşaq, yavaş vurursa, ödü artmışdır;
barmağın altında gec, sərt və süst vurursa, rütubəti artmışdır. Nəbzin
hansı tərəfə çox meyl etməsini istəyirsənsə, müalicəni də həmin
istiqamətdə apar.
Nəbzini aydınlaşdırdıqdan sonra sidiyinə bax.
Haşiyə. Əgər sidiyin rəngi ağ olsa, şəffaf olmasa, xəstəliyi
qəmdəndir. Ağ şəffaf olsa, xəstəliyi yelin, rütubətin və həzm
olunmamağın çoxluğundandır. Su kimi şəffaf olsa, əsəbilikdən və
işlərin düz gəlməməyindəndir. Bürünc rəngində olsa və onda xırda-
xırda zərrələr görünsə, ishaldandır. Yağ rəngində olsa, dibində xətlər
TİBB ELMİ QAYDALARI HAQQINDA