170
ömründə belinə bıçaq bağlamamış adam haqqında deməki, „qılıncın
arslan parçalayar, nizən Bistun
152
dağını qaldırar, oxla tükü vurarsan“.
Ömründə eşşəyə minməmiş adamın atını Düldül, Büraq
153
,
Rəxş
154
Şəbdizə
155
oxşatma, kimə nə demək lazım olduğunu bil.
Şair mədh edəcəyi adamın təbiətindən xəbərdar olmalıdır, bilməlidir
ki, o, nəyi xoşlayır, sonra elə mədh etməlidir ki, onun xoşuna gəlsin.
Sən onun xoşuna gələn şeyi deməyincə, o da sənin xoşuna gələn şeyi
sənə verməyəcək.
Alçaq təbiətli olma, mədh etdiyin adamın ləyaqəti olmasa, heç vaxt
özünü qəsidədə
156
qul adlandırma. Həcv yazmağı peşə etmə, kuzə
həmişə su ilə dolu qayıtmaz. Zöhd
157
və Tövhid
158
haqqında yazmağa
qadir olsan, kahıllıq etmə, hər iki dünya üçün yaxşıdır. Hərçənd şeirdə
mübaliğə məharət sayılır, lakin sən yalanı həddindən artıq şişirtmə.
Dostlar və böyük adamlar haqqında mərsiyə yazmaq vacibdir, lakin
qəzəl və mərsiyəni bir üslubla, həcv və mədhi isə başqa üslubla yaz.
Həcv yazmaq istəsən bil: mədhin əksinə hər nə yazılsa, həcv olar, qəzəl
ilə mərsiyə də bunun kimidir.
Lakin hər nə yazsan, özündən yaz, başqalarının sözünü təkrar etmə,
əks halda təbin inkişaf etməz, şeir meydanın genişlənməz, ilk şeirə
başlarkən necə idinsə, elə də qalarsan.
Lakin şeir yazmağa qüdrətin olsa, təbin inkişaf etsə, məharət
qazansan, bir yerdə nadir bir sözə rast gəlib bəyənsən və onu başqa
yerdə işlətmək istəsən, inad edib yarışa girmə, həmin şeir növündə
işlətmə, mədhdə rast gəlibsənsə, həcvdə işlət, qəzəldə təsadüf edibsənsə,
qəsidədə işə ver. Qoy heç kəs bilməsin ki, haradan götürübsən.
Əgər mədh yazdıran tapıb bu yolla güzəran keçirmək istəyirsənsə,
həmişə xoşsifət və işgüzar ol. Nadir hekayətlər, maraqlı rəvayətlər,
məzəli lətifələri əzbərdən çox bil, bunları mədh etdiyin adama və
onunla bir yerdə olanlara danış, şair bunlarsız keçinə bilməz.
Deyiləsi söz çoxdur, lakin bununla kifayətlənirəm. Qalanına Allah
kömək edər.
ŞAİRLİK QAYDALARI HAQQINDA