172
avazla oxumaq olar, onlara „rah“
162
adı vermişlər. Bu rahlar qocaların
və ağır təbiətli adamların ruhuna yaxın olar. Deməli, bu ağır havaları
onlar üçün yaratmışlar. Lakin insanların yalnız qocalardan və ağır
təbiətli adamlardan ibarət olmadığını gördükdə demişlər ki: „yaxşı,
bunları qocalar üçün yazdıq, indi də gəlin cavanlar üçün bir şey
yaradaq“. Sonra axtarmağa başladılar, yüngül səpgidə yazılmış
şeirlərə havalar qoşdular və onları „xəfif“ adlandırdılar ki, hər ağır
rah”dan sonra bir yüngül “xəfif” çalınsın. Dedilər: „Qoy hər çalğı
məclisində həm qocalara, həm də cavanlara bir şey nəsib olsun“.
Sonra uşaqlar, qadınlar və zərif qəlbli kişilər də razı qalsın deyə,
təranələr yaratmağa başladılar ki, onlar da zövq alıb ləzzət çəksinlər.
Təranə vəznindən daha incə və ruhoxşayan ahəng yoxdur. Deməli,
həmişə eyni növlü hava çalma və oxuma. Mən deyən kimi et ki, hamı
səndən razı qalsın.
Hansı məclisdə otursan, fikir ver: dinləyicilərin sifəti qızarmış və
pörtmüş olsa, daha çox bəmdə çal, sifətlər sarı və solğun olsa, zilə
keç, qarayanız, arıq və göyərmiş kimi görünsələr, orta pərdəyə vur,
ağbəniz, şişman və tərləyən olsa, bəmə tut, çünki Rum alimləri və
musiqişünasları bu sənəti dörd cür təbiətli adamlar üçün yaratmış, bu
dörd pərdəni də həmin dörd cür təbiətli adamlar üçün düzəltmişlər.
Doğrudur, mənim indi dediklərimin mütriblik qayda-qanuna dəxli
yoxdur, lakin istədim onlardan da xəbərin olsun.
Bir də, harada olsan, çalış çoxlu əhvalatlar danış, zarafatlar edib
lətifələr söylə, qoy mütriblik işin bir az yüngülləşsin. Əgər xanəndəlik
etsən və şeir yazmaq bacarsan, öz şeirinə məftun olub onu hər yerdə
oxuma. Sənin öz şeirindən xoşun gəlsə də,
başqalarının xoşu gəlməyə bilər. Bir də ki,
xanəndələr şairlər ravisidir, öz şeirlərinin
ravisi deyil. Əgər nərdbaz olsan, mütribliyə
getdikdə iki nərd oynayan
görsən, mütribliyi buraxıb,
nərd öyrətməyə başlama,
şahmata da qurşanma, bil ki, səni
mütribliyə çağırıblar, qumarbazlığa
MUSİQİŞÜNASLIQ QAYDALARI HAQQINDA