173
yox. Bir də, öyrəndiyin havanı yaxşı yadında saxla, qəzəl və təranənin
ahəngini pozma, elə etmə ki, hava bir yerdə oxunsun, mizrab başqa yerə
vurulsun. Birinə aşiq olsan, həmişə öz halına müvafiq oxuma, bu sənin
xoşuna gələ bilər, başqalarına yox. Hər havanı müxtəlif mənalarda oxu,
məsələn, fəraq, vüsal, məzəmmət, məlamət, rədd, narazılıq, razılıq,
vəfa, cəfa, hədiyyə, bəxşiş, xələt, şadlıq və şikayətə aid çoxlu şeir və
qəzəl əzbərlə, vaxta, fəslə münasib, məsələn, bahar, payız, qış, yay
kimi şeirlər öyrən. Nə vaxt, necə oxumaq lazım olduğunu bil. Baharda
xəzandan, payızda bahardan, yayda qışdan, qışda yaydan oxuma, hər
qəzəlin öz vaxtını bil. Misilsiz musiqi ustadı olsan da, yenə məclisdə
oturanların kim olduğuna diqqət yetir. Onlar mütribliyin (musiqinin)
incəliklərinə bələd olan əyani, əşraf və dünyagörmüş qocalardan
ibarətdirsə, mütriblik et, yaxşı “rah”lar çal, gözəl havalar oxu, lakin
əsasən, yüngül havalar çal, elə qəzəllər oxu ki, o, qadın və ya şərabı
tərənnüm etsin. Ordu başçıları, cəngavərlər olsa, müharibə etməyi, qan
tökməyi və cəngavərliyi tərifləyən Mavəraənnəhr
163
dübeytlərini oxu.
Həmişə Xosrovani havaları çalıb camaatın ürəyini çəkmə. Mütriblik
şərti o deyil ki, hökmən əvvəlcə rast pərdəsində bir şey çalasan, sonra
qayda üzrə bütün pərdələrdə (Badə
164
,
İraq
165
,
Üşşaq
166
,
Zirəfkəndə
167
,
Busəlik
168
,
İsfəhani
169
,
Nəva
170
və Bəstə
171
pərdələrində) çalıb mütriblik
şərtlərini yerinə yetirənə qədər camaat məst olub dağılışar.
Fikir ver, gör kim hansı “rah”ı istəyir, hansı havanı sevir, qədəh ona
çatanda sən də onun istədiyini çal ki, o da sənə sən istədiyini versin.
Musiqişünaslıqda ən böyük məharət dinləyicinin arzu və istəyini, zövq
və diləyini təmin etməkdir.
Məclislərdə olarkən şərab içməkdə ehtiyatlı ol, badənin
böyüyündən yapışma. Az şərab iç ki, çox
pul qazanasan. Elə ki pul qazandın, özünü
vur şəraba. Hava üstündə məstlərlə öcəşmə,
çətin olsa da, oxu, narahat olma, qoy nə
deyirlər desinlər. Elə ki camaat kefləndi,
öz həmkarlarınla yarışa qoşulma,
deyişməkdən pul çıxmaz. Çalış davakar
mütrib
olma,
sənin
davakarlığın
MUSİQİŞÜNASLIQ QAYDALARI HAQQINDA