179
gələ bilmir. Cah-cəlallı Allah yer üzünün böyüyünü elə yaratmışdır ki,
hamı ona xidmət etməyə möhtacdır.
Şah qarşısında heç kəsə həsəd apardığını bildirmə, sonralar biri
haqqında doğru da danışsan, inanmaz, həsəd hesab edər. Həmişə şahın
qəzəbindən qorx. İki şeyə xor baxmaq olmaz: birincisi, şahın qəzəbinə,
ikincisi, alimlərin məsləhətinə. Kim bu iki şeyə xor baxsa, tezliklə xar
olur. Şah xidmətçiləri içərisində olmağın şərti bunlardır.
Lakin iş gətirsə, bu dərəcədən keçib daha yüksək mənsəbə çata
bilsən və padşaha nədim
178
olsan, gərək nədimliyin bütün qaydalarına
bələd olasan. İndi də nədimliyin şərtlərini demək istəyirəm. Allah
köməyin olsun.
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA