178
Peyğəmbərdən (s.) eşidiblər, deyib ki: “İnsanların ən yaxşısı insanlara
xeyir verəndir”.
Hakimiyyəti sona çatmaqda olan ağaya qulluğa girməyə can atma,
qocalmış hökmdarın dövləti ətrafına dolanma, bir qədər ömrü qalmış
olsa da, cavanlara nisbətən, xalq onu ölümə daha yaxın hesab edər. Bir
də az qoca ola bilər ki, ömür ona vəfa etsin.
Həmişə şah qulluğunda xidmətdə qalmaq istəyirsənsə, Abbasın
175
öz oğlu Abdullaha
176
dediyi kimi ol. O, Abdullaha demişdir: “Bil,
ey oğul, bu kişi, yəni Ömər Xəttab (Allah ondan razı olsun) sənə öz
yanında iş vermiş və hamıdan çox sənə etibar etmişdir, indi istəyirsən
düşmənlərin sənə üstün gəlməsinlər, gərək beş şərtə əməl edəsən ki,
arxayın olasan: birincisi, gərək səndən yalan eşitməyə; ikincisi, onun
yanında heç kəsə eyib tutmayasan; üçüncüsü, ona xəyanət etməyəsən,
dördüncüsü; onun əmrindən çıxmayasan; beşincisi, onun sirrini
heç kəsə açmayasan. Beləliklə, camaatın əlindən xilas olar və bu beş
xasiyyətlə məqsədə çatarsan”.
Bir də, öz ağanın qulluğunda səhlənkarlıq etmə, səhv etsən, təqsirini
boynuna al, özünü elə göstər ki, nadanlıq üzündən edibsən. Qoy inansın
ki, sən bunu qəsdən etməmisən, səhvən olubdur, burada tərbiyəsizlik
və tabe olmamaq məsələsi yoxdur, çünki bilməməzliyi sənə günah
hesab etməzlər, tərbiyəsizliyi və itaətsizliyi isə günah sayarlar. Həmişə
hər şeyi deyilməmiş yerinə yetir, başqasının görmək istədiyi işi də çalış
sən gör. Elə etmək lazımdır ki, səni həmişə öz işinlə məşğul görsünlər.
Həmişə xidmətdə hazır ol, şah kimi axtarsa, səni görsün. Şahların adəti
budur ki, həmişə özlərindən aşağıdakıları yoxlayarlar. Əgər səni bir
dəfə, iki dəfə, on dəfə çağırsa, gərək həmişə qabağında hazır olasan və
sənin şah sarayında olduğun həmişə gözə çarpsın, onda böyük işləri
də sənə etibar edər, necə ki, Qəməri Gürgani
177
deyir:
Qarşısında söz demək, qorxulu, böyük xətər,
Lakin qorxu çəkmədən, dənizdən çıxmır göhər!
Kiçiklik zəhmətini boynuna götürməsən, böyüklük rahatlığına
çatmazsan. Görmürsənmi, sürmə yarpağı çürüməyincə, sürmə əmələ
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA