181
ərəbcə, farsca yazmağı yaxşı bilməlidir, əgər təklikdə şaha bir şey
yazıb oxumaq lazım gəlsə və katib olmayanda şah sənə bir məktub
oxuyub-yazmağı əmr etsə, aciz qalmayasan; dördüncüsü, nədim
şair olmasa, yaxşı-pis şeir yaza bilməsə də, nəzm qaydaları ilə tanış
olmalı, ərəbcə, farsca şeirlər əzbərləməlidir ki, hərdən bir ağasına
şeir lazım olanda şair çağırmağa ehtiyac qalmasın, ya özündən
desin, ya başqasının şeirini oxusun.
Eləcə də tibb və nücum elmindən məlumatı olmalıdır. Əgər bu
barədə söhbət düşsə, ya bunlara ehtiyac olsa, həkim ya münəccim
çağırmaq lazım gəlməsin, sən bildiklərindən danışıb nədimlik
şərtini yerinə yetirəsən. Belə olduqda, o padşahın sənə qarşı olan
etimadı artar, sənin xidmətindən istifadə etməyə daha çox rəğbət
göstərər.
Sonra, nədimin musiqidən də başı çıxmalı və bir şey çalmağı
bacarmalıdır ki, xəlvətdə şahın könlü musiqi istəsə və çalğıçı yaxında
olmasa, bildiyin ilə onun vaxtının xoş keçməsinə səbəb olasan, beləliklə,
şahın sənə qarşı olan meylini artırasan.
Bundan əlavə, gərək yaxşı danışıq qabiliyyətin olsun. Çoxlu
hekayətlər, lətifələr və qəribə rəvayətlər biləsən, çünki nadir hekayətlər
bilməyən nədim yarımçıq hesab edilər. Bir də, gərək nərd və şahmat
oynamağı biləsən, lakin qumarbaz olmamalısan. Qumarbaz təbiətli
olsan, nədimliyə yaramazsan.
Bütün bu dediklərimdən əlavə, Quranı əzbərdən bilməlisən,
onun təfsirindən xəbərdar olmalısan, fiqhdən məlumatın olmalıdır,
Peyğəmbərin (s.) hədislərindən bilməlisən ki, şah məclisində bunlar
haqqında söhbət düşsə, cavab verə biləsən ki, qazı və fəqih çağırmağa
adam göndərilməsin. Bir də, şahların tarixini çox oxumalı, onları yadda
saxlamalı və keçmiş şahların xasiyyətləri haqqında elə şeylər deməyi
bacarmalısan ki, onlar hökmdarın qəlbinə təsir edə bilsin, ondan Allah
bəndələrinə xeyir və fərəh gəlsin.
Bir də, səndə həm ciddilik olmalıdır, həm zarafatcıllıq, lakin
gərək onları işlətmək yerini və vaxtını biləsən, ciddilik lazım olan
NƏDİMLİK QAYDALARI HAQQINDA