182
yerdə zarafat edib, zarafat yerində ciddilik göstərməyəsən. Bildiyin
hər hansı bir elmi işlədə bilməsən, onu bilib-bilməməyinin fərqi
olmaz.
Bundan başqa, bir də səndə mərdlik və cəngavərlik istedadı
olmalıdır, çünki şahlar həmişə eyş-işrətlə məşğul olmurlar. Qoçaqlıq
vaxtı gələndə igidlik göstər. Səndə o qədər güc olmalıdır ki, bir və ya
iki adamın öhdəsindən gələ biləsən. Allah eləməsin, əgər xəlvətdə və ya
kef məclisində biri şaha xəyanət fikrinə düşsə, ya hadisələrdən hadisə
törəsə, sən insanpərvərlik və mərdlik şərtini yerinə yetirə biləsən ki,
vəlinemətin sənin vasitənlə xilas ola bilsin. Əgər öldürülsən, onun ağalıq
və nemət haqqını ödəmiş, yaxşı adla bu dünyadan getmiş olarsan. Sənin
övladlarının həmin ağanın boyunda böyük haqları olar, salamat qalsan,
bütün ömrün boyu yaxşı ad və xoş güzəran qazanmış olarsan.
Gərək bu dediyim xüsusiyyətlər səndə olsun ki, şah nədimliyinə
layiq görüləsən. Sən yalnız çörək yemək, şərab içmək və lətifə
danışmağı bacarırsansa, bu, nədimlik üçün kifayət deyil. Nədim olmaq
istəyirsənsə, tədbir gör ki, o vəzifə axırda başına bəla açmasın.
Həmişə fikrin öz ağanda olsun, şah məclisində onun xidmətçilərinə
nəzər salma, saqi sənə şey verdikdə onun üzünə baxma, başın aşağı
olsun, meyi içəndə üzünə baxmadan qədəhi saqiyə qaytar, qoy sənin
haqqında şahın ürəyinə bir şey gəlməsin. Özünü saxla ki, fəlakət baş
verməsin.
Hekayət. Eşitmişəm, Məmun
179
qazı Əbdülməlik Ükbərini
180
öz
xüsusi nədimi edir. Əbdülməlik çox şərab içən olduğundan qazılıqdan
çıxarılmışdı. Bir gün məclisdə bir qulam haman qazı Əbdülməlikə şərab
verir. O, şərab qədəhini alarkən qulama nəzər salır və bir gözünü bir
az qıyaraq ona göz vurur. Bunu Məmun görür. Əbdülməlik Məmunun
gördüyünü sezdiyindən gözünü həmin yarıyumulu halda saxlayır.
Bir saat keçdikdən sonra Məmun qəsdən Əbdülməlikdən soruşur: “Ya
qazı, gözünə nə olmuşdur?” Qazı Əbdülməlik deyir: “Heç bilmirəm nə
oldu, bayaq gözüm belə qıyıldı”.
NƏDİMLİK QAYDALARI HAQQINDA