185
Ona görə həmişə bir şey yazmaqla məşğul ol, xətlər iri, enli, aydın
olmalı, yuxarıları bir-birinə bitişməlidir. Çox məsələdən danışılan,
geniş məzmunlu məktublarda uzunçuluq etmə, necə deyiblər:
Hikmətə bax, gör nə demiş atalar:
Qısa sözdə olar dərin mənalar!”
Öz məktubunu istiarələr, məsəllər, Quran ayələri, Peyğəmbər (s.)
hədisləri ilə bəzə. Məktubu farsca yazsan, xalqın başa düşmədiyi şəkildə
yazma, xüsusilə, məlum olmayan söz işlətmə. Belə yazmaqdansa, heç
yazmamaq yaxşıdır. Ərəb məktublarının məziyyətləri və onu necə yazmaq
qaydaları məlumdur. Ərəb məktublarında səc
181
böyük hünər sayılır və
çox yaxşı xüsusiyyət hesab edilir, xoşa gəlir, farsca yazıda səc xoşa gəlməz,
yazmasan daha yaxşıdır. Lakin hər nə yazsan, ifadəli, şirin və qısa yaz.
Katib gərək dərrakəli olsun, katiblik sirrini bilsin, rəmzli sözləri tez tapsın.
Hekayət. Belə eşitmişəm ki, sənin baban Soltan Mahmud (Allah
ona rəhmət eləsin), Bağdad xəlifəsinə bir məktub göndərib deyir:
Gərək Mavəraənnəhri mənə bağışlayasan və o barədə mənə mənşur
182
göndərəsən, mən də o mənşuru camaata göstərəm, ya qılıncla ölkəni
alam və ya əmrlə rəiyyət mənə tabe olsun”.
Bağdad xəlifəsi cavabında yazır: “Bütün islam ölkəsində onlardan
daha dindarı və mütisi yoxdur. Allah eləməsin, mən elə bir iş görəm.
Əgər sən mənim fərmanım olmadan onlara hücum etsən, bütün
dünyanı sənin əleyhinə qaldıraram”.
Soltan Mahmud bu sözlərdən pərt olub elçiyə deyir: “Xəlifəyə de ki, o
nə danışır? Məgər mən Əbu Müslimdən
183
əskiyəm? İndi ki, iş belə oldu,
min fil ilə gəlib xilafət xanimanını fil ayaqları altında viran edəcəyəm.
Darülxilafənin
184
torpağını fil dalında Qəznəyə daşıtdıracağam”. Hikmətə
bax, gör nə demiş atalar: “Qısa sözdə olar dərin mənalar!”
Öz filləri ilə çox böyük hədə-qorxu gəlir. Elçi gedir, bir neçə müddətdən
sonra qayıdıb gəlir. Soltan Mahmud taxta oturur, haciblər, qulamlar səf
çəkib dururlar, qızmış filləri saray önündə sıraya qoyurlar, qoşunları
nizamla düzürlər, sonra elçini çağırırlar. Elçi gəlir, əl böyüklükdə,
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA