186
mənsuri
185
kağıza burulmuş, möhürlənmiş məktubu Soltan Mahmudun
qabağına qoyur və deyir: “Əmirəlmöminin deyir, naməni oxudum,
cəlalını eşitdim, sənin cavabın bu məktubda yazılmışdır”. Divanxananın
yazı işlərinə baxan xacə Bunəsr Müşkan
186
əlini uzadıb məktubu götürür,
açıb oxumaq istərkən görür, onun əvvəlində yazılmışdır: “Bismillahi-
rrəhmanür-rəhim”, bir az ara verildikdən sonra yazılmışdır: Əlif, Lam,
Mim “Məgər”, məktubun sonunda isə bu sözlər vardır: “Şükür olsun
Allaha. Peyğəmbərimiz Muhammədə və onun ailəsinə salavat!”
Başqa heç bir şey yazılmamışdı. Soltan Mahmud bütün adlı-sanlı
katibləri ilə birlikdə bu rəmzli sözün nə demək olduğu haqqında
fikirləşməyə başladı. Quranda “Məgər” sözü olan bütün ayələri
nəzərdən keçirdilər və təfsir etdilər. Soltan Mahmudun cavabını yoza
bilmədilər. Axırda hələ cavan olduğu üçün oturmaq ixtiyarı olmayan
və nədimlər arasında ayaq üstə duran Əbubəkr Quhistani
187
deyir:
Şah sağ olsun, şah öz filləri ilə ona hədə-qorxu gəldiyindən o da şahın
cavabında bu surəyə işarə vurmuşdur:” Məgər bilmirsən, Allah fil
sahiblərinə nə etdi?”, yəni fillərin cavabını Allah özü verər
188
.
Eşitmişəm ki, Soltan Mahmudun halı pozulur, uzun müddət
özünə gələ bilmir, ağlayıb ah-zar edir, dindar olduğundan
Əmirəlmöminindən çoxlu üzr istəyir. Bu barədə danışsaq, uzun çəkər.
O, Əbubəkr Quhistaniyə bahalı xələt bağışlayır, ona nədimlər
arasında oturmaq ixtiyarı verir, mənsəbini artırır. Bu nədim bircə sözlə
iki böyük dərəcə alır.
Hekayət. Bir də belə eşitmişəm ki, Samanilər dövründə Əmir Bu-
Əli Simcur
189
Nişaburda oturur, “mən Xorasan Əmir Sipahsalarına
tabeyəm” - deyir, lakin saraya getmirmiş. Samanilər sülaləsinin
axır günləri olduğundan onlar o qədər də qüvvətli deyildilər, bu
səbəbdən də Bu-Əlini zorla məcbur edə bilməyib, çarəsizlikdən yalnız
xütbə oxutmaq, pul və hədiyyə almaqla kifayətləndilər. Bu zaman
Əbdülcabbar Xocani Xocanda xətib idi. O, şəriət qanunlarını yaxşı
bilirdi, gözəl yazıçı, mahir katib, hər şeydən başı çıxan, çox bacarıqlı
və usta bir adam idi. Əmir Bu-Əli onu Xocandan gətirib sarayda özünə
katib edir, böyük ixtiyar və tam müstəqillik verir, heç bir işi onun
məsləhəti olmadan görmür, çünki o, çox ağıllı bir adam idi.
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA