190
Bil ki, belə saxta sənədləri düzəldə bilmək çox böyük işdir,ondan
ehtiyatlı ol. Hər şeyi dərindən özün öyrən, özün düşün, tap. Mən hər
məsələ haqqında sənə özümdən tam və bitkin məlumat verə bilmərəm,
söz uzanar, məqsəddən uzaq düşərəm. Deməmiş də keçə bilmirəm.
Ona görə hər məsələdən işə yaraya biləcək bir neçə söz deyirəm ki,
məlumatın olsun. Hər şeydən bir az danışdıq, əgər diqqətlə qulaq asıb
fikirləşsən, özün də bir sıra nəticələr çıxardarsan, çünki bir çıraqla çox
çıraqları yandırmaq olar.
Bəlkə, Allah-Taala sənə mərhəmət göstərdi, katiblik dərəcəsindən
vəzirlik mərtəbəsinə qalxdın, onun üçün vəzirlik şərtlərini də bil, çünki
ən şərəfli vəzifə və elm budur.
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA