189
Katiblik şərtlərindən biri də budur ki, gərək həmişə ağanın əli
altında olasan. Tez yadda saxlayan, tez başa düşən, müşahidəçi ol, hər
işin (tapşırılan və tapşırılmayan) qeydini apar, divanxana camaatının
əhval-ruhiyyəsini öyrən, bütün məmurların işlərindən xəbər tut və
topla, bütün vəziyyət sənə bəlli olsun, həmişə lazım olmasa da, bir
gün gələr, lazım olar. Lakin zəruriyyət olmadan bu sirri heç kəsə
açma, açıqda vəzirin işi ilə maraqlanma, amma gizlində onun bütün
işlərindən xəbərin olsun. Hesab aparmaqda usta ol, məxaric, təsərrüfat
işləri, məktublar və qəbzlər yazmağı unutma, bunlar hamısı katib üçün
məharət hesab edilir. Lakin katib üçün ən böyük məharət dilini saxlaya
bilməsi, ağasının sirrini başqasına verməməsi, başqa məsələlərdən
ağasını agah etməsidir.
Əgər xəttatlıqda qadir, başqalarının xəttini oxşatmaqda mahir olsan,
bu, çox gözəl sənətdir. Lakin bunu hər adama göstərmə ki, saxta xətt
düzəltməkdə şöhrət tapmayasan və ağanda şübhə oyatmayasan. Biri
başqasının xəttini oxşatsa, tapmasalar, onu səndən görməsinlər. Kiçik
şeylər üçün saxta kağız düzəltmə, bir gün böyük qazanc üçün lazım
olsa və düzəltsən, qoy heç kəsin gümanı sənə getməsin.
Deyildiyinə görə, mahir və fazil katiblər xətt oxşatmaqla çox bilikli
və təcrübəli vəzirləri məhv etmişlər.
Hekayət. Rəbi ibn Mütəhhər əl-Qəsri
191
adlı-sanlı və bilikli bir katib idi.
Sahibin
192
divanxanasında katiblik edərdi. Bir dəfə saxta sənəd düzəltdi
və bu, Sahibin qulağına çatdı. Sahib heyrətə
gəlib dedi: „Belə adamı
öldürmək heyifdir, çünki çox alim və kamil adamdır, eləsini
tapmaq olmaz“. Ona nə edəcəyi haqqında fikirləşməyə başladı.
Təsadüfən bu aralıqda Sahib xəstələndi, hamı ona dəyməyə
getdi. Rəbi ibn Mütəhhər də gəlib onun qabağında oturdu, rəsm
olduğu üçün Sahibdən soruşdu: „Nə şərabı içirsən?“ Sahib
dedi: „filan şərabı“. Soruşdu: „Hansı xörəklərdən yeyirsən?“
Dedi: „Sən düzəltdiklərindən“, yəni „müzəvvəri“
193
.
Katib anladı ki, Sahib işdən xəbərdardır, dedi: „Ey
ağam, and olsun başına, bir də etmərəm“. Sahib dedi:
Tövbə etsən, etdiyini sənə bağışlaram“.
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA