192
Çırpını manqaldan əsirgəyən çiy kabab yeyər. Başqalarına
bir dang
verməsən, özün bir dirhəm yeyə bilməzsən, yesən də, mərhum olanlar
qoymazlar ki, gizli qalsın.
Öz nemət sahibinə qarşı insaflı ol, lakin ondan daha çox ordu və
rəiyyətlə insafla dolan, xırdaçılıq etmə, diş dibindən çıxarılan ət qarın
doydurmaz. Elə gəlirin zərəri qazancından çox olar. Kiçik vergilər
qoşunu düşmən edər, rəiyyəti isə ağana qarşı qaldırmış olarsan.
Vergi toplamaqda məqsədin vəzifə göstərməkdirsə, quruculuqla
məşğul ol, ölkənin viran qalmış yerlərini abadlaşdır, həm gəlirin birə
on artsın, həm Allah bəndələrinin ruzisini əlindən alma.
Hekayət. Bil, Pars şahlarından birinin vəzirinə acığı tutdu və
vəzifədən azad etdi, onun yerinə isə başqasını qoydu. Sonra azad
edilmişə dedi: „İxtiyarında olmuş vilayətlərdən birini seç, onu sənə
bağışlayım, öz dövlət və xidmətçilərinlə oraya köç“.
Vəzir dedi: „Var-dövlət istəmirəm, olanlarını da hökmdara
bağışlayıram, heç bir abad yer də istəmirəm ki, mənə bağışlayasınız, əgər
lütf etmək fikriniz varsa, məmləkətinizdən bir uçuq kənd bağışlayın,
qalım“. Şah əmr etdi, neçə uçuq kənd istəyirsə, ona versinlər. Şahın bütün
məmləkətini axtardılar, ona vermək üçün bir xaraba kənd, bir uçuq daxma
tapa bilmədilər. Şaha xəbər verdilər. Vəzir dedi: „Şahım, mən bilirdim
ki, mənim ixtiyarımda olan vilayətlərin heç birində bir dənə də xaraba
yoxdur, indi ki, idarəçiliyi məndən alırsan, heç olmasa elə adama tapşır ki,
ondan da geri almaq istəsən, mən qaytaran kimi sənə qaytara bilsin“.
Bu sözdən sonra şah vəzirdən üzr istədi, ona xələt göndərib vəzirliyi
yenidən ona tapşırdı.
Buna görə vəzirlikdə qurucu və ədalətli ol ki, dilin və əlin də uzun
olsun. Belə halda həyatın da təhlükədə olmaz.
Ordu sənə qarşı çıxsa, ağan çarəsizlikdən sənin əlini gödəldəcək ki,
onun öz əlini gödəltməsinlər. Demək, sən zülmü yalnız özünə deyil,
orduya, ağana və özünə etmiş olarsan, o cüzi vergi sənin işində böyük
nöqsan yaradar.
Şahı ordu və rəiyyətə yaxşılıq etməyə vadar et, çünki məmləkət
rəiyyət və orduya görə, kənd isə kəndliyə görə abad olar. Demək,
ŞAHA VƏZİRLİK ŞƏRTLƏRİ HAQQINDA