195
yola salır. Səhlə isə əmr edilir ki, bir il evdən dışarı çıxmamalıdır. Səhl
bir il evində dustaq oturur. Bir ildən sonra Bələmi onu çağırıb deyir:
Ey Səhl, sən nə vaxt bizim iki fərmanımızı görmüsən ki, biri düz olsun,
biri yalan? Biz dünyanın böyüklərini qılınc gücünə müti olmağa məcbur
edirik. Bizim əmrimiz bir olur. Bizdə nə axmaqlıq görübsən ki, biz əlimiz
altında olanlara əmri yerinə yetirməməyi öyrədək? Yerinə yetirmək
istədiyimizi əmr edirik, istəmədiyimizi isə əmr etmirik. Biz heç kəsdən
qorxub ehtiyat etmirik, işdə də aciz deyilik. Sənin bizim haqqımızdakı
ehtimalın yalnız acizlərin işidir. Sən bizi işdə piyada hesab etdiyin üçün
biz də səni vəzifədə piyada saxladıq, ona görə göndərmədik, ürəyində
fikirləşməyəsən ki, guya bizim verdiyimiz əmrləri icra etməmək də olar.
Kimdə o cürət var ki, bizim fərmanlarımıza əməl etməsin?”
Nə qədər sağsan, yalan fərman vermə, məmurun sənin əmrini
yerinə yetirməsə, ona yaxşıca qulaqburması ver; sən öz sağlığında
öz imzanı yüksək tutub öz fərmanlarını icra etdirə bilməsən, keçmiş
vəzirlərin fərmanları əsasında işlədikləri kimi, səndən sonra heç kəs
sənin fərmanın əsasında işləməz.
Demək, şahların və vəzirlərin fərmanları bir, hökmləri qəti olmalıdır
ki, əzəmət yerində qalsın, işlər yaxşı getsin.
Şərab içmə, şərab içməkdən səhlənkarlıq, süstlük və günah törəyir.
İlahi, bizi əyyaş vəzir və vəkildən özün saxla.
Əgər şah əyyaşlıq etsə, vəzirin də başı şərab içməyə qarışsa, ölkənin
işi tez xarab olar, həm özünə, həm ağana xəyanət etmiş olarsan.
Dediyim kimi ol, vəzirlər ölkənin gözətçiləridir, gözətçilərə başqa
bir gözətçinin qoyulması yaxşı deyil.
Əgər vəzirlik qismət olmasa, sipəhsalar olsan, sipəhsalarlıq şərtlərini
də bil. Allah köməyin olsun.
ŞAHA VƏZİRLİK ŞƏRTLƏRİ HAQQINDA