194
qanım qaralmışdı ki, nə üçün Türküstan xaqanı Kaşğarda söz danışsın,
biz burada bilməyək nə deyibdir. Bu gün başqa bir məktub gəldi,
bildim o nə məsələ imiş, ürəyim şad oldu“.
Deməli, dünya şahlarının halından xəbər tutub onları öz hökmdarına
çatdırmaq lazımdır ki, dost və düşmənindən arxayın olasan, sənin iş
bacarığın da meydana çıxa.
İş tapşıranda layiqli adama tapşır, tamah xatirinə dünyanı zalım
adamların əlinə vermə. Bozorgmehrdən soruşdular: „İş başında sənin
kimi adam ola-ola nə üçün Sasanilərin işi belə xarab oldu?“ Dedi: „Çünki
böyük işlərdə kiçik xidmətçilərdən kömək gözlədilər, ona görə bu kökə
düşdülər“. Müflis məmura iş tapşırma, o öz yükünü tapmayınca, sənin
yükünü qaldırmayacaq. Görmürsənmi, tarlaları və ləkləri sulayarkən arx
yaş olanda su tarlaya və ləklərə tez çatır, çünki nəm torpaq suyu canına
çəkib doymayınca, onu tarla və ləklərə çatdırmır.
Deməli, müflis məmur quru arx kimidir, əvvəlcə özünü doyurar,
sonra sənin hayına qalar. Bir də, verdiyin əmrlərin qədrini bil,
hörmətini saxla, heç kəsə heç vəchlə yol vermə ki, onlara etinasız
yanaşsın və ya onun əksini etsin.
Hekayət. Belə eşitmişəm ki, Əbülfəzl Bələmi
194
Səmərqənd
divanxanasının rəislərini Səhl Xocəndiyə
195
tapşırır, bu barədə fərman
verir, möhür vurur və ona xələt bağışlayır.
Səhl yola çıxan günü vidalaşmaq və fərmanı almaq üçün xacənin
sarayına gedir. Vidalaşdıqdan, xeyir-duadan sonra açıq demək istədiyi
sözləri deyir, sonra təklikdə qalmağı xahiş edir. Xacə əmr edir onları
tək buraxsınlar. Səhl deyir: „Ağamın ömrü uzun olsun, mən gedib işə
başlayandan sonra, yəqin ki, buradan fərmanlar gələcək, ağam mənə
buyursun görüm, bəndəsi hansı işarəyə görə bilsin ki, bunu yerinə
yetirmək lazımdır, onu yox, bilsin ki, edilməli hansıdır, edilməməli hansı“.
Əbülfəzl Bələmi deyir: „Ey Səhl, yaxşı dedin, bilirəm ki, bunu uzun
müddət fikirləşibsən, biz də gərək bu barədə bir az fikirləşək, fikirləşməli
məsələlərdə dərhal cavab vermək doğru deyil, bir neçə gün gözlə“.
Səhl Xocəndi evinə qayıdır; Süleyman ibn Yəhya əs-Çoğanini
Səmərqəndə divan sahibi təyin edir, fərman verib xələt bağışlayır və
ŞAHA VƏZİRLİK ŞƏRTLƏRİ HAQQINDA