197
dəliqanlılıq etmə, ordunu bada verərsən, o qədər ağciyər də olma,
ordunu məğlubiyyətə uğradarsan.
Silah və atları həmişə yaxşı saxla. Casus yollayıb düşmənin vəziyyətini
öyrənməyi unutma, ordu önündə gecə-gündüz kəşfiyyatçı dəstələri
göndərməyi yaddan çıxarma. Savaş günü düşmən ordusuna nəzər
saldıqda və iki qoşun bir-birinə qarşı durduqda üzügülər ol və öz orduna
onların kim olduqlarını, kimlərdən doğulduqlarını, əsil-nəsəblərini xatırlat
və de ki, biz bu saat düşmənin atasını yandıracağıq, darmadağın edəcəyik.
Ordunun hamısını birdən irəli aparma, bayraq-bayraq, dəstə-
dəstə atlılar göndər. Hərəsinə bir salar
197
,
bir sərhəng
198
təyin et və de:
Filankəs, sən öz dəstənlə irəli!” Yaxşı vuruşana, düşmən öldürənə,
yaralayana, əsir tutana, at gətirənə, baş gətirənə, tərifə layiq xidmət
göstərənə artıqlaması ilə hörmət et, maaşını artır, xələt ver. Belə hallarda
qənimət dalınca qaçma, alçaq təbiət olma, onda məqsədinə çatarsan.
Bunu gördükdə bütün qoşun savaşa qalxar, heç kəs döyüşdən boyun
qaçırmaz və arzuladığın qələbəni əldə edərsən. Sənin istəyin bu yolla
yerinə yetirilə bilsə, çox gözəl olar. Amma sən dar hövsələ olma, öz
yerində dur, davaya girişmə, çünki sipəh salar özü davaya girişsə, iş
şuluqlaşa bilər. Lakin davaya girişməli olsan, var gücünlə vuruş, qaçmaq
ağlına belə gəlməsin, ölənə qədər vuruş, çünki ölümü gözünə almış
adamı yerindən qoparmaq olmaz. Bax ki, Soltan Mahmudun Xarəzmi
fəthində Əscədi tərəfindən təsvir edilən sipəhsalardan olmayasan:
Sipəhsalar dilərdi ordu qırsın, kamran olsun,
Axır məhv etdi bir ordu, o da öz şanlı ordusun.
Əgər qalib gəlsən, qaçanların dalınca çox
uzaqlara getmə, qayıdanda böyük xətalar baş
verə bilər, işlərin nə ilə qurtaracağını bilmək
olmaz. Böyük əmir (atam), Allah ona rəhmət
eləsin, qaçanın dalınca getməzdi və heç kəsi
də getməyə qoymazdı, çünki heç kəs müharibə
qaydasını ondan yaxşı bilməzdi. Soltan Mahmud
da belə edərdi və deyərdi: “Qaçan yorulduqda
SİPƏHSALARLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA